Məhkəmə qərarları › İş №3(060)-1300/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1300/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1300/2021 25.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Hacıyev sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - «xxxx» Müəssisəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, AZ5000, Sumqayıt şəhəri, X8 yanı, ev X8 Qərbi ünvanında yerləşən «xxxx» Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüquqi şəxs «xxxx» Müəssisəsinin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, «xxxx» Müəssisəsi barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə 30 mart 2021-ci il tarixli AP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, «xxxx» Müəssisəsi 30.03.2021-ci il tarixdə saat 11:00-da mülkiyyətində və ya dövlət qurumunun istifadəsində olan “Mercedes” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən «xxxx» Müəssisəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərdi ki, “Mercedes” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «xxxx» Müəssisəsinin mülkiyyətindədir. Dövlət X14nin «xxxx» Müəssisəsinə ünvanladığı sorğu 19.02.2021-ci il tarixdə qəbul edilmişdir. Lakin 28 yanvar 2021-ci il tarixdən «xxxx» Müəssisəsinin istifadəsində olan nəqliyyat vasitələrinin marka və dövlət qeydiyyat nişanlarının siyahısı, həmçinin idarə edən sürücülər barədə məlumatlar Dövlət X14nə təqdim edilmişdir. Odur ki, «xxxx» Müəssisəsi barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan səlahiyyətli orqan tərəfindən «xxxx» Müəssisəsinə ünvanlanmış məktubdan görünür ki, «xxxx» Müəssisəsi nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumatın verilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilmişdir. Həmçinin, iş materiallarında olan poçt qəbzindən görünür ki, poçt qəbzi 19 fevral 2021-ci il tarixdə Əbdülrəhmanov soyadlı əməkdaş tərəfindən imzalanaraq qəbul edilmişdir. İnzibati xətaya dair işin materiallarına əlavə edilmiş «xxxx» Müəssisəsi tərəfindən Sumqayıt Polis İdarəsinin Dövlət X14nə ünvanlanmış 28 yanvar 2021-ci il tarixli 01/21 saylı məktubdan görünür ki, «xxxx» Müəssisəsinin istifadəsində olan nəqliyyat vasitələrinin marka və dövlət qeydiyyat nişanlarının siyahısı, həmçinin idarə edən sürücülər barədə məlumatlar təqdim edilmişdir. Məhkəmə inzibati haqqında iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaq məqsədilə «xxxx» Müəssisəsi tərəfindən Sumqayıt Polis İdarəsinin Dövlət X14nə ünvanlanmış 28 yanvar 2021-ci il tarixli 01/21 saylı məktubun Sumqayıt Şəhər DYPŞ-yə nə vaxt olması barədə sorğu vermişdir. Həmin sorğuya 25.05.2021-ci il tarixli 73 saylı cavab məktubundan görünür ki, “xxxx” Müəssisəyə məxsus Mercedes Actros yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili 01.03.2021-ci il tarixdən 31.03.2021-ci il tarixədək idarə etmiş şəxs X6 barədə (şöbəyə daxil olma 598 saylı 05.03.2021-ci il) məlumatları, həmin avtomobili X7 tərəfindən 01.01.2021-ci il tarixdən 31.01.2021-ci il tarixədək idarə edilməsinə dair (şöbəyə daxil olma 22 saylı 06.01.2021-cı il) məlumatları, eyni zamanda həmin avtomobili 01.01.2021-ci il tarixdən 01.01.2021-ci il tarixədək idarə etmiş X6 barədə (şöbəyə daxil olma 905 saylı 02.04.2021-ci il) məlumatları müəssisə tərəfindən Sumqayıt ŞPİ-nin X16 Şobəsinə təqdim edilmişdir. Bu barədə Baş X16 İdarəsinin “X3”ndə müvafiq qeydlərin aparılması təmin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «xxxx» Müəssisəsi barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «xxxx» Müəssisəsi barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi «xxxx» Müəssisəsi mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ5000, Sumqayıt şəhəri, X8 yanı, ev X8 Qərbi ünvanında yerləşən «xxxx» Müəssisəsi (VÖEN **********) barəsində inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar