Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1303/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş Azərtikintiquraşdırma MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Azərtikintiquraşdırma MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş 24 mart 2021-ci il tarixli AP ******* №li inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 19 aprel 2021ci il tarixdə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə təqdim olunmuşdur. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən Azərtikintiquraşdırma MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub məhkəməyə göndərilsə də, protokola əlavə olunmuş sənədlər natamam formada məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəməyə təqdim olunan materialdan görünür ki, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən Azərtikintiquraşdırma MMC-nin mülkiyyətində olan inzibati xəta törətmiş nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumat istənilməsinə dair məktub əlavə edilməmiş, materiala yalnız poçtun qəbzi əlavə edilməklə həmin qəbzin hansı məzmunlu məktubla əlaqədar olduğu müəyyən olmamaqla yanaşı, Azərtikintiquraşdırma MMC-nin mülkiyyətində olan ** AE *** qeydiyyat nişanlı yük maşınını idarə edən şəxs tərəfindən inzibati xətanın 05.01.2021-ci ildə törədilməsinə baxmayaraq materiala 24.07.2020-ci il tarixli reyester əlavə edilmişdir. Yuxarıda göstərilənlər təqdim olunan materialın natamam olması və inzibati xəta haqqında protokolun və ona əlavə olunan sənədlərin Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılması nəticəsinə gəlmək üçün məhkəməyə əsas verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərtikintiquraşdırma MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1303/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1303/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver