Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1307/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru – X1, Zərərçəkmiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1956-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə və xx.xx.2020-ci il tarixli, 2(102)-50/2020 saylı icra vərəqəsi üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə borc yaranmışdır. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-6742/2014 saylı icra vərəqəsinə əsasən Şəxs 10 sentyabr 2014-cü ildən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat məbləğində tutulub Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə xx.xx.2023-cü ildə aidiyyatı üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar və bildiriş qəbul edilərək borclunun icra sənədində olduğu ünvana göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-50/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 500000 manat tutulub tələbkar X3 xeyrinə verilməlidir. Sözügedən icra sənədi xx.xx.2021-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsinin icraatına daxil olmuş, borclu xx.xx.2021-ci il tarixdə icraata başlama haqqında qərar və bildirişi qəbul etmiş, eyni zamanda həmin icra sənədi xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Borclu Şəxs Sumqayıt şəhərində yaşayış yeri müəyyən edilmədiyindən və eyni zamanda EMS vasitəsilə smsbildiriş göndərilməsinə baxmayaraq o, icra sənədlərinin icrasını təmin etməmişdir. Halhazırda borclu Şəxs yaşa görə 220 manat müavinət alır və onun 70 faizi aliment ödənişinə tutulur. Lakin tələbkar Zərərçəkmiş şəxs müvafiq ərizəsinə əsasən borclunun 6000 manat ödənilməmiş aliment borcu qalmışdır. Protokol tərtib olunduqdan sonra borclu üzərində olan 6000 manat aliment borcundan 500 manat bu gün tələbkarın kart hesabına ödəniş etmiş və ödəniş qəbzi borclunun özündədir. Digər icra sənədi üzrə borclunun üzərində olan 500000 manat borcun ödənilməsi ilə bağlı heç bir rəsmi ödənişi təsdiq edən sənəd yoxdur. Hal-hazırda borclu axtarışla Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmiş və ondan üzərində olan məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində protokol tərtib olunub Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. Məhkəmədən protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, o, hər dəfə aliment ödənişi etdikcə tələbkardan bu barədə ərizə almış, lakin 2020-ci ildən sonra olan ərizələri icra məmuru qəbul etmir. Onun borcu yoxdur. O, hazırda bilmişdir ki, 6000 manat aliment borcu vardır. Digər icra sənədi üzrə 70000 manat ödəniş etmiş, həmçinin ildə 1500 manat ondan pul tutulur. Aldığı təqaüd də icra sənədləri üzrə ödənişlərə tutulur. Sentyabr ayına kimi vaxt verilsə ödəniş edəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 nümayəndəsi və vəkili X6 bildirdi ki, X7 münasibətdə Ali Məhkəmənin qərarı ilə 2020-ci ildə tərəflər arasında barışıq olmuşdur. Barışığa görə 2020-ci ilin dekabr ayında artıq ona olan borc müəyyən güzəştlər çərçivəsində ödənilməli idi. Amma ödənilmədiyinə görə bu qərar icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. İcraata başlama haqqında qərar 2021-ci ilin mart ayında təqdim edilmiş və borclu qəbul etmişdir. Bundan sonra dəfələrlə Şəxs ilə icra şöbəsində görüşmüşlər və dəfələrlə ödəniş edəcəyini bildirmişdir. Hətta ona ödəniş üçün vaxt da verilmiş, lakin bu günə qədər heç bir şəkildə ödəniş icra edilməmişdir. Məhkəmədən protokolun təmin edilməsini, şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokol tərtib etmiş, barəsində protokol tərtib edilmiş şəxsi və zərərçəkmiş şəxsin nümayndəsini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-6742/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə 24 avqust 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində cəmi 150 manat miqdarında aliment tutulmalıdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-50/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X3 cavabdeh Şəxs qarşı pul tələbinə dair mülki iş üzrə tərəflərin bağladıqları 10 yanvar 2020-ci il tarixli barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişinin 2-ci bəndində aşağıdakılar təsbit olunmuşdur: 2.1 tərəflər bəyan edirlər ki, aralarında bağlanmış bütün hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi, yəni 2(102)-8134/2019 saylı mülki iş üzrə 500.000 (beş yüz min) manat məbləğində pul vəsaiti ilə bağlı mübahisə və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edəcəklər. Şəxs tərəflər arasında əldə edilmiş barışıq sazişinin şərti kimi 340.000 (üç yüz qırx min) manat borcu etiraf edərək qəbul etmiş və həmin məbləği 10 dekabr 2020-ci ilədək tam ödəməyi öhdəsinə götürmüş,X8 isə Şəxs 500.000 (beş yüz min) manat borcdan 340.000 manat borcunu 10 dekabr 2020-ci ilədək ödəyəcəyi təqdirdə 160.000 (yüz altmış min) manat hissəsini güzəşt etməyi öhdəsinə götürmüşdür. Şəxs X7 olan borcunu tərəflərin qarşılıqlı razılığı əsasında öz mülkiyyətindəki daşınmaz əmlakla da əvəzləşdirə bilər. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-262/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən borclu Şəxs mülkiyyətində olan Mercedes ML 270 CDİ minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı və Renault avtobus markalı **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. - Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Mercedes ML 270 CDİ minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı və Renault avtobus markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillər barəsində axtarış elan edilmişdir. - Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 8(060)-317/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-6742/2014 saylı, xx.xx.2014-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-50/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, yaşını və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1307/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1307/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver