Məhkəmə qərarları › İş №3(060)-1309/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1309/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1309/2024 13.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ 13615302 saylı, xx.xx.2023-cü il tarixli EQ 14706613 saylı, xx.xx.2023-cü il tarixli EQ 15477289 saylı, xx.xx.2023-cü il tarixli EQ 15937615 saylı, xx.xx.2023-cü il tarixli EQ 16343505 saylı, xx.xx.2023-cü il tarixli EQ 17258958 saylı, xx.xx.2023-cü il tarixli EQ 17894725 saylı və xx.xx.2023-cü il tarixli EQ 18382771 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ 13615302 saylı, xx.xx.2023-cü il tarixli EQ 14706613 saylı, xx.xx.2023-cü il tarixli EQ 15477289 saylı, xx.xx.2023-cü il tarixli EQ 15937615 saylı, xx.xx.2023-cü il tarixli EQ 16343505 saylı, xx.xx.2023-cü il tarixli EQ 17258958 saylı, xx.xx.2023-cü il tarixli EQ 17894725 saylı və xx.xx.2023-cü il tarixli EQ 18382771 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ 13615302 saylı, xx.xx.2023-cü il tarixli EQ 14706613 saylı, xx.xx.2023-cü il tarixli EQ 15477289 saylı, xx.xx.2023-cü il tarixli EQ 15937615 saylı, xx.xx.2023-cü il tarixli EQ 16343505 saylı, xx.xx.2023-cü il tarixli EQ 17258958 saylı, xx.xx.2023-cü il tarixli EQ 17894725 saylı və xx.xx.2023-cü il tarixli EQ 18382771 saylı inzibati tənbeh vermə haqqında qərarlardan X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərarlar xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlidir, şikayət isə 20 (iyirmi) gündən artıq müddət keçdikdən sonra verilmişdir. Eyni zamanda qanunvericilin tələbinə əsasən hər bir qərardan ayrı-ayrılıqda şikayət verilməli olduğu halda, qanunvericiliyin tələbi pozularaq bir şikayət ərizəsində bütün qərarlardan şikayət verilmişdir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ 13615302 saylı, xx.xx.2023-cü il tarixli EQ 14706613 saylı, xx.xx.2023-cü il tarixli EQ 15477289 saylı, xx.xx.2023-cü il tarixli EQ 15937615 saylı, xx.xx.2023-cü il tarixli EQ 16343505 saylı, xx.xx.2023-cü il tarixli EQ 17258958 saylı, xx.xx.2023-cü il tarixli EQ 17894725 saylı və xx.xx.2023-cü il tarixli EQ 18382771 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ 13615302 saylı, xx.xx.2023-cü il tarixli EQ 14706613 saylı, xx.xx.2023-cü il tarixli EQ 15477289 saylı, xx.xx.2023-cü il tarixli EQ 15937615 saylı, xx.xx.2023-cü il tarixli EQ 16343505 saylı, xx.xx.2023-cü il tarixli EQ 17258958 saylı, xx.xx.2023-cü il tarixli EQ 17894725 saylı və xx.xx.2023-cü il tarixli EQ 18382771 saylı inzibati tənbeh vermə haqqında qərarlarından hər birindən ayrı-ayrılıqda şikayət ərizəsi və şikayət vermək müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar