Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1309/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Süleymanov Ramil Bahadin oğlunun iştirakı ilə Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28049588 saylı qərardan X2 Bahadin oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Bahadin oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28049588 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Süleymanov Ramil Bahadin oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə barəsində EQ28049588 saylı elektron qərar tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə protokol barədə sistemə qərar vurulduğu bildirişi gəldi. Cərimə isə 40 manat. Hesab edir ki, barəsində tərtib edilmiş elektron qərar qanunsuzdur və əsassızdır. Belə ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərindn Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Abşeron rayonu Masazır qəsəbəsi və Xırdalan şəhərinin birləşdiyi dairənin üzərindəki körpünü keçdikdən sonra yol sıxlıq olması səbəbindən sağ tərəfdən avtomaşınların hərəkətini qadağan etməyən və parkinq olaraq eyni zamanda istifadə edilən asfalt yola çıxmış və hərəkətini davam etdirmişdir. Yolda olan zaman sürət rejiminə riayət etmiş və yolun sonunda sola çıxmaqla yenidən əsas yolda hərəkətini davam etdirmişdir. Hesab edir ki, o, heç bir qayda pozuntusu etməmişdir. Həmin gün günorta saatlarında yenidən Bakı istiqamətində getdiyi zaman telefonu ilə xüsusi tutacaq vasitəsilə həmin yerin videosunu özü çəkmiş və məhkəməyə təqdim edəcəkdir. Hesab edir ki, elektron qərar qanuna uyğun şəkildə qəbul edilməmişdir və hər hansı bir inzibati xəta onun tərəfindən törədilmədiyi üçün ləğv edilməlidir. Yuxanda göstərilənləri əsas tutaraq barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ28049588 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Süleymanov Ramil Bahadin oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28049588 saylı qərara əsasən Süleymanov Ramil Bahadin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28049588 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir.” İş materiallarında olan şikayət vermiş şəxs Süleymanov Ramil Bahadin oğlu tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, Bakı-Quba yolunun 12.7-ci km-də inzibati xətanın qeydə alındığı ərazidə nəqliyyat vasitələrinin hərəkəti və park edilmiş vəziyyətdə olması müşahidə edilir. Bununla da məhz Hyundai Grandeur minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən səki və ya yolun çiyni ilə hərəkət edərək yol hərəkət qaydasının pozulması faktını müəyyən etmək mümkün deyildir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Süleymanov Ramil Bahadin oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28049588 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Süleymanov Ramil Bahadin oğlunun şikayəti qismən təmin edilsin. Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28049588 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1309/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1309/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver