Məhkəmə qərarları › İş №3(060)-131/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-131/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-131/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, qərardan şikayət vermiş şəxs X1, qərarından şikayət verilmiş orqan Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyat hadisəsi üzrə müfəttişi, polis kapitanı X4 iştirakları ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin TP ******* saylı, 15 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyatı hadisəsi üzrə baş inspektoru, polis kapitanı X6 tərəfindən qəbul edilmiş TP ******* saylı, 15 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, 14 dekabr 2021-ci il tarixdə Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən 40-cı kilometrliyində o, idarə etdiyi “Ravon R4” markalı **-VV-*** dövlət qeydiyyat nömrəsi olan avtomobili ilə Bakı şəhəri istiqamətindən sola manevr edərkən Turan Şıxbabalı tərəfindən idarə edilən “Mitsubushi Poza” markalı **-RE-*** dövlət qeydiyyat nömrəsi olan mikroavtobusun yanacaq doldurma məntəqəsindən sol əks yola çıxması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Bütün sübutlar məhz “Mitsubushi Poza" markalı **-RE-*** dövlət qeydiyyat nömrəsi olan mikroavtobusun sürücüsünün təqsirli olduğunu göstərdiyi halda, Sumqayıt şəhər Polis İdarəsi X11 şöbəsinin 15 dekabr 2021-ci il tarixli AP №0214243 saylı “İnzibati xəta haqqında” Protokolu tərtib edilərkən o, yol nəqliyyat hadisəsinin törədilməsində günahkar sayılaraq İXM-nin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinmişdir. Həmin protokol əsasında da onun barəsində eyni gündə, yəni 15 dekabr 2021ci il tarixdə Sumqayıt şəhər X11 şöbəsinin baş inspektoru polis kapitanı X6 tərəfindən TP №4770380 saylı “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilmişdir ki, bu Qərara əsasən o, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Halbuki, sözügedən yol nəqliyyat hadisəsi məhz qarşı tərəfin əks yolla hərəkət edərək onun hərəkət etdiyi yola çıxması səbəbindən baş vermişdir ki, bunu həm hadisə yerində çəkilmiş fotoşəkillər, həm də hadisənin şahidlərinin ifadələri sübuta yetirir. Təəssüf ki protokolu tərtib edən, nə də inzibati tənbeh barədə qərar çıxardan Sumqayıt şəhər X11 şöbəsinin əməkdaşları araşdımanı obyektiv aparmamış, məsələyə qərəzli yanaşaraq onun ifadələrini nəzərə almamış, polis əməkdaşının diqtəsi ilə Turan Şıxbabalının yazdığı izahatlar əsasında onun hadisənin baş verməsində və bununla da inzibati xətanı törətməkdə təqsirli olmağı barədə əsassız nəticəyə gəlinmişdirlər. Sumqayıt şəhər X11 şöbəsinin əməkdaşlarının sadalanan hallara düzgün hüquqi qiymət verə bilməməsi səbəbindən həmin şəxslər tərəfindən tərtib edilmiş protokolu və qərarı ədalətsiz hesab edərək həmin sənədlərdən şikayət vermək qərarına gəlmiş və hesab etmişdir ki, inzibati xəta haqqında protokolunun və onun əsasında qəbul edilmiş qərarın hər hansı hüquqi əsası olmadığından və inzibati xəta törətməkdə təqsirim sübuta yetirilmədiyindən, sözügedən qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O, baş vermiş yol nəqliyyat hadisəsində zərərə uğramış şəxs və qarşı tərəfin onun hərəkət yoluna çıxılması nəticəsində bu hadisə baş vermişdir. Təəssüf ki, Sumqayıt şəhər X11 şöbəsinin əməkdaşları inzibati xəta haqqında protokolu və inzibati tənbeh haqqında qərarı tərtib edərkən bütün bu halları lazımi və qanuni şəkildə dəyərləndirə bilməmiş, onun izahatlarını və dəlillərini əsassız şəkildə nəzərə almayaraq düzgün olmayan nəticəyə gəlmiş və qanunsuz şəkildə onu inzibati məsuliyyətə cəlb etmişlər. Halbu ki, iş üzrə hər hansı ekspertiza təyin olunmamış, mütəxəssis rəyi alınmamış, hadisə yerinin qanunamüvafiq şəkildə müayinəsi həyata keçirilməmişdir. Belə olan halda polis əməkdaşının 14 dekabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı artıq 15 dekabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək onu hadisənin törədilməsində təqsirli bilməsi və dərhal da 15 dekabr tarixində onun barəmdə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın çıxarılması olduqca qəribə və müəmmalıdır. Özü də qərarda protokolun guya 14 dekabr 2021-ci il tarixdə tərtib edilməsi göstərildiyi halda, əslində protokol 15 dekabr 2021-ci il tarixdə tərtib edilmişdir. Hesab edir ki, yuxarıda sadaladığı hallara əsasən inzibati araşdırma zamanı onun təqsiri qanunvericiliklə müəyyən olunmuş qaydada sübuta yetirilmədiyi halda, Sumqayıt şəhər X11 şöbəsi onu təqsirli bilərək səhvə yol vermişdir ki, bütün bu səhvlər sonda törətmədiyim inzibati xətaya görə cəzalandırılmağı haqqında qeyri-obyektiv qərarın çıxarılmasına səbəb olmuşdur. Eyni zamanda nəzərə alınsa ki, Sumqayıt şəhər X11 şöbəsinin yalnız rəsmi müraciətimdən sonra 12 yanvar 2022-ci il tarixdə ona təqdim olunmuş “İnzibati tənbeh vermə haqqında” 15 dekabr 2021-ci il tarixli TP №4770380 saylı Qərarı nə adi, nə də elektron qaydada imzalanmadan, şöbənin möhür vurulmadan tərtib edilmişdir, hesab edir ki, sözügedən qərar qanuni və əsaslı hesab edilə bilməz. Həmin qərarın özü qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmamış, qərarı çıxaran polis əməkdaşı onu dəvət edərək izahatını almamış, inzibati xəta haqqında iş barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. Halbuki, qanunvericiliyə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilən qərarda sənədin hansı orqan, həmin orqanın hansı səlahiyyətli şəxsi tərəfindən verilməsi dəqiq qeyd edilməli, qərar müvafiq imza (qərar elektron formada olduqda elektron imza ilə) və möhürlə təsdiqlənməlidir. Bütün bu sadalananlara əsaslanaraq, hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi X11 şöbəsinin onun barəsində tərtib olunmuş inzibati xəta haqqında adı çəkilən qərarının hüquqi əsası yoxdur və həmin qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 13 yanvar 2022-ci il tarixdə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə iclasında şikayətçi X5 şikayətini müdafiə edərək şikayətə uyğun izhat verib şikayətin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş orqan Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyatı hadisəsi üzrə baş inspektor, polis kapitanı X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, sürücü X5 15 yanvar 2021-ci il tarixdə Bakı-Quba yolunun 40-cı km-dən sola manevr edib dönərkən arxa solundan düzünə hərəkətdə olan “Mitsibushi” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtobusun qabaq hissəsi ilə toqquşmuşdur. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından yolun sağ qırağından manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Hadisə zamanı sürücü X5 arxadan gələn “Mitsibushi” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtobusa yol verməmiş və nəticədə yol nəqliyyatı hadisəsi baş vermişdir. Qeyd olunanların nəzərə alınmaqla şikayətin əsassız və qanunsuz olduğu üçün təmin olunmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayət vemiş şəxsi və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialında olan 15.12.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 15 dekabr 2021-ci il tarixli TP ******* №li qərar ilə İXM-nin 327.1-ci maddəsi ilə 40,00 manat cərimə olunmuşdur. İş materialında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3978/2021 saylı, 29.12.2021-ci il tarixli qərardadından görünür ki, 15.12.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokoldan verilmiş şikayət X3 geri qaytarılmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. “X10” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinin İX bəndinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyatı hadisəsi üzrə baş inspektoru, polis kapitanı X6 tərəfindən tərtib edilmiş 15 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş hazırda mübahisələndirilən 15 dekabr 2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, “X10” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinin İX bəndinə zidd olaraq X5 yolayrıcından kənarda geri dönərkən, arxadan gələn “Mitsibushi” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməyərək hərəkətinə davam etmiş və nəticədə qeyd olunan yol nəqliyyat hadisəsi baş vermişdir. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin olunmasın. Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyatı hadisəsi üzrə baş inspektoru, polis kapitanı X6 tərəfindən qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli, TP ******* №li inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar