Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1311/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 16.04.2021-ci il tarixli, 00700--0079/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən "Şəxs" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş 16.04.2021-ci il tarixli, 00700-0079/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 19.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. "Şəxs" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ümumi dəyəri 5403 ABŞ dolları olan “Sodium Qlükonat yükü "Şəxs" MMC tərəfindən 21.07.2020-ci il tarixdə **********6978 sorğu nömrəli və 26.08.2020-ci il tarixdə **********8361 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirərək konsiqnasiiya yolu ilə Gürcüstan Respublikasına ixrac olunmuş və ixracdan əldə olunmuş 5403 ABŞ dolları Azərbaycan Respublikasına geri qaytarılmamışdır. Araşdırma ilə əlaqədar 21.07.2020-ci il tarixdə və 26.08.2020-ci il tarixdə konsiqnasiya yolu ilə ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına qaytarılmamış 5403 ABŞ dollarının Azərbaycan manatına nisbətini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin VAİS proqram təminatından çıxarış edilmişdir. Mərkəzi Bankın valyuta məzənnəsinə əsasən 21.07.2020-ci il tarixdə və 26.08.2020-ci il tarixdə ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1.70 manat olduğu və hesablam aparılaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 9185 manat təşkil etdiyi müəyyən olunmuşdur. Nəticədə "Şəxs" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsinin və barəsində iş üzrə icraat aparılan şəxs "Şəxs" MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "Şəxs" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "Şəxs" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 21.07.2020-ci il və 26.08.2020-ci il tarixə aid olan gömrük bəyənnamələrindən görünür ki, "Şəxs" MMC tərəfindən Sodium Qlükonat Azərbaycan Respublikasından ixrac olunmuşdur. İş materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 14 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsində 21.07.2020-ci il tarixdə **********6978 sorğu nömrəli və 26.08.2020-ci il tarixdə **********3861 sorğu nömrəli gömrük bəyannaəmələri ilə İxrac gömrük prosedurunda rəsmiləşdirilmiş “Sodium Qlükonat” yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçiilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış, lakin həmin yükün müqabilində şirkətin müvəkkil bankdakı hesabına məcburi köçürülməli olan 5403 ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsinin təhqiqatçısı Lətif Abbasov tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli arayışdan görünür ki, "Şəxs" MMC-nin **********6978 və **********3861 sorğu nömrəli gömrük bəyannamələri ilə ixrac etdiyi malların müqabilində geri qaytarılmayan 5403 ABŞ dollarının 9185 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarınaməcburi qaydadaköçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olanxarici valyutanındəyərinin otuz faizindən əlli faizinədəkməbləğdəcərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasənbu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "Şəxs" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında qeydiyyatda olan "Şəxs" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 1620 (bir min altı yüz iyirmi) ABŞ dolları, 90 (doxsan) sent (5403x30%) məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1311/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1311/2021
03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver