Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1316/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi «ŞİMAL» Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Qubadlı rayonu, Həmzəli Ərazi dairəsi, Həmzəli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, məhəllə 41, yataqxana 1, otaq 58 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:10 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1 qarşısında küçə söyüşü söyərək ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin sahə rəisi, polis kapitanı X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:10 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1 qarşısında münaqişə olması və Əfqan adlı şəxsin döyülməsi ilə bağlı iki zəng daxil olmuşdur. Əməliyyat qrupunun üzvləri ilə hadisə yerinə gedilib. Polis əməkdaşlarını görən zaman ətrafdakı insanlar uzaqlaşdığı an bir qadın ətrafa niyə qaçırsınız dedikdə, vətəndaş Şəxs buradayam, heç yerə getməmişəm demiş, o da müdaxilə etməməsini bildirmişdir. Hadisəni araşdıran zaman, hansı ki, kafedə qab-qacağın sınması, stol-stulun qırılması ilə bağlı məlumat daxal olmuşdur, onunla əlaqədar olaraq İsgəndər adlı şəxsi müəyyənləşdirdikdən sonra patrul xidmətinə otuzdurduqda vətəndaş Şəxs təkrar yaxınlaşaraq ona müdaxilə etmiş, polisin işinə müdaxilə etməməyi bildirilsə də vətəndaş Şəxs öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşları həmin şəxs bölməyə dəvət etdiyi zaman qaçmağa başlamış, qaça-qaça polisin ünvanına nalayiq söyüşlər işlətmiş, qaçaraq həmin şəxs saxlanııb bölməyə gətirilmişdir. Protokolu müdafiə etdiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:10 radələrində kafedə oturarkən kafeni işlədən Əfqan adlı oğlan ilə onun xalası oğlu İsgəndərin dediyi oğlanla aralarında münaqişə olub. Onlar çölə çıxaraq onları aralaşdırmış, bu zaman polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşlarını söymədiyini, polis əməkdaşlarının onu söydüyünü, məcburi şəkildə bölməyə gətirildiyini, onu akt zalına salıb döydüklərini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı X3 bildirdi ki, əməliyyat qrupunda olduğu zaman 102-ə zəng gəlmiş, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin inzibati ərazisinə aid olan Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1 ərazisinə getmişlər. Vətəndaş Şəxs nizam-intizama dəvət olunduğunu, lakin o, buna məhəl qoymayaraq polis əməkdaşları ilə mübahisə etmiş, həmçinin içkili olduğu müəyyən olunmuşdur. Bölməyə dəvət olunduğu zaman qaçmış, qaçaraq həmin şəxs saxlanııb bölməyə gətirilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 bildirdi ki, Əfqan adlı şəxsin döyülməsi ilə bağlı daxil olmuş məlumata əsasən hadisə yerinə gedilmiş, hadisə yerində olduğu zaman bir qadın qışqıraraq “bayaqdan burda idiniz, indi niyə qaçırsız” dedikdə, vətəndaş Şəxs “biz burdayıq, qaçmırıq” deyə bildirmişdir. İsgəndər adlı şəxs Şəxs xalası oğludur, İsgəndəri aparmaq istəyəndə o, maneəçilik törətmiş, onu da bölməyə dəvət etdikdə, qaçaraq polis əməkdaşlarının ünvanına söyüşlər söymüş, qaçaraq həmin şəxs saxlanılıb bölməyə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZA 736 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan A/778 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:50 radələrində müayinə zamanı orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, protokolu tərtib edən polis əməkdaşının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidin izahatlarını, vəkilin çıxışını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinməli və ona həmin maddənin sansiyasında olan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq «ŞİMAL» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 17 may 2023-cü il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs «ŞİMAL» Vəkil Bürosunun vəkili X2 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq «ŞİMAL» Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1316/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1316/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver