Məhkəmə qərarları › İş №3(060)-1318/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1318/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1318/2025 30.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Dondarlı Ərazi Dairəsi, Dondarlı kəndində qeydiyyatda olmaqqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X7 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(028)-6/2025 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)- 4/2025 saylı xx.xx.2025-ci il tarixli, Qubadlı Rayon Məhkəməsininin 1xx.xx.2024-cü il tarixli 16(028)-22/2024 saylı icra sənədlərini icra etməmiş bununla da, o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş böyük icra məmuru Gülmalı Əzizov izahatında bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin e-16(028)-22/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən e-2(028)-578/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi Fəzail Ağakişiyevin xx.xx.2020-ci il təvəllüdlü Rəşid və xx.xx.2021-ci il təvəllüdlü Milayla hər həftənin bazar günü saat 15:00-dan 18:00-a kimi ünsiyyət hüququ müəyyən edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-4/2025-009 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədi üzrə ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə (hazırki halda ünvan 2 ünvanında hər həftənin şənbə günü saat 12:00-da cavabdeh Şəxs tərəfindən ərizəçi Afət Ağakişiyevaya təhvil verilməli, həmin gün saat 15:00-da isə eyni ünvanda Afət Ağakişiyeva tərəfindən cavabdeh Şəxs təhvil verilməsi, Qubadlı Rayon Məhkəməsinin e-16(028)-6/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə Zərərçəkmiş şəxs nəvələri xx.xx.2020-ci il təvəllüdlü Rəşid və xx.xx.2021-ci il təvəllüdlü Milayla Şəxs iştirakı ilə hər həftənin bazar günü iki saat olmaqla Səbinənin olduğu ünvanda ünsiyyət hüququ müəyyən edilmişdir. Hər üç icra sənədi üzrə borclu Şəxs məlumatlandırılmış, borclunun ünvanına sms bildirişlər göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs tərəfindən Fəzail Ağakişiyevə münasibətdə Sumqayıt Şəhəri üzrə İcra idarəsinin inzibati binasında, icra məmurunun xidməti otağında atanın uşaqları ilə ünsiyyət hüququnu 4 dəfə təmin etmiş, lakin borclu Şəxs xx.xx.2024-cü il tarixindən sonra digər icra sənədi üzrə uşaqların nənəsi Afət Ağakişiyevanın uşaqlarla görüşünü təmin etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən borclu Şəxs inzibai qaydada 500 manat cərimə edilmişdir. Borclu həmin qərardan apellyasiya şikayəti vermiş Sumqayıt Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etmiş, İ instansiya məhkəməsinə göndərmişdir. Sumayıt Şəhər Məhkəməsi protokola baxmış bu dəfə iş üzrə inzibati xəta tərkibi olmadığına görə protokola xitam vermişdir. Daha sonra tələbkar tərəf qeyd edilən qərardan apellyassiya qaydasında şikayət vermiş, Sumqayıt Apellyasiya məhkəməsinin müvafiq qərarına əsasən borclu Şəxs inzibati qaydada 500 manat cərimə edilmişdir. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilsə də, həmin qərar İcra İdarəsinə göndərilməmiş, tələbkar müraciət etdiyindən borclu barəsində protokol tərtib etmişdir. Qeyd edir ki, sonuncu qərar çıxdıqdan sonra icra üçün vaxt təyin etməmiş, borclu Şəxs könüllü surətdə uşaqlarla nənəsinin İcra İdarsində görüşmələri üçün imkan yaratmışdr. Protokolu tərtib etmiş böyük icra məmuru Gülmalı Əzizov məhkəmə tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, icra sənədləri üzrə tələbkarlar uşaqların atası Fəzail Ağakişiyev və babası Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə görüş yeri və vaxtı barəsində məlumat verilmişdir. Zərərçəkmiş şəxs məsafə uzaq olduğundan görüşdə iştirak edə bilməyəcəyini, Fəzail Ağakişiyev isə işi ilə əlaqədar işdən çıxıb görüşə gələ bilməyəcəyini bildirmişdir. Protokolu müdafiə edir, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bu günki tarixə görüş təyin edildiyini uşaqların nənələri Afət Ağakişiyeva ilə görüşdüklərini, hətta bu faktla əlaqədar akt tərtib olunduğunu bildirir. Qeyd edir ki, uşaqlarının atası Fəzail Ağakişiyev alimenti ödəmədiyi üçün barəsində axtarış qərarı qəbul edilmiş, buna görə də görüşlərə gəlməmişdir. Uşaqlarının tələbkarlarla ünsiyyətinə maneə olmamış, sadəcə təhlükəsiz şəraitdə uşaqlarının görüşünün keçirilməsini istəyir. Qarşı tərəfin onun yaşadığı ünvana gələrək səs-küy saldığını, bununla bağlı dəfələrlə polisə müraciət etdiyini, həmçinin qarşı tərəfin onun qardaş və bacısını polisə şikayət etdiyini bildirir. Bundan sonra da uşaqlarları vaxtlı-vaxtında atası, babası və nənəsilə görüşmələrinə şərait yaradacağına söz verir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirir ki, icra sənədində qeyd edilən ünvanda yaşayır. Yaşamaq üçün başqa yeri yoxdur. Apelyasiya məhkəməsinin sonuncu qərarı qəbul edildikdən sonra bugünki tarixdə uşaqlarını nənələrinin görüşünə gətirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, gəlini Şəxs 10 aydır ki, evdən getmişdir. Məhkəmənin müvafiq qərarına əsasən ona şənbə günləri saat 12:00-dan saat 15:00-a kimi nəvələri ilə anaları olmadan sərbəst görüşə icazə verilmişdir. Lakin, uşaqların anası Şəxs onun nəvələri il görüşməsinə maneə olur. Təxminən 10 ay müddətində 1 dəfə belə nəvələrini görə bilməmişdir. Bu gün onun görüş günü olmamış, həmin vaxt o işdə olmuşdur. Buna baxmayaraq İcra İdarəsinə gəlmiş xidməti otaqların birində bu gün nəvələrini görmüşdür. Borclu Şəxs və nəvələrinin icra sənədində qeyd edilən ünvanda yaşamadığını, 1 aydır ki, dəfələrlə qeyd olunan ünvana getməsinə, baxmayaraq qapını ona açan olmadığını bildirir. Borclu Şəxs aliment ödənişini tələb etdiyi kimi, onlar da uşaqla ünsiyyət hüququnun təmin edilməli olduğunu tələb edir. Məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq zərərçəkmiş şəxs Afət Ağakişiyeva Şəxs yalan danışdığını, icra sənədində qeyd edilən ünvanda yaşamadığını, yaşadığı ünvana gedən zaman heçkəsin onu narahat etməməsini bildirir. Qeyd edilən ünvana gedərkən videoçəkilişdən istifadə etmiş, borclu Şəxs narahat etməməsini təsdiq edən görüntülər vardır. məhkəmədən borclu Şəxs barəsində sərt inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında borclu Şəxs müdafiəçisi Könül Cəfərli uşaqlarda psixoloji sarsıntı və qorxunun olduğunu bununla bağlı ananın psixoloqa müraciət etdiyini bildirir. Ananın uşaqların görüşünə maneə olmasına səbəb məhz uşaqlara təhlükəsiz şəraitin təmin edilməməsi olmuşdur. Hətta 1 dəfə görüş vaxtı uşaqlardan birinin barmağı sınmışdır. “Uşaq haqqında” Konvensiyada qeyd edildiyi kimi uşaqlar təhlükədə olduqları yerdən uzaqlaşdırılmalıdırlar. Həmçinin qeyd edir ki, uşaqların atası Fəzail Ağakişiyevin təxminən 2500 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Borclu Şəxs haqqqında sonuncu qəbul edilən xx.xx.2025-ci il tarixli qərarın hələ icraya yönləndirilməməsini, buna görə də onun əməlində 528.1-1-ci maddəsinin dispozisiyassının tərkib əlamətlərinin mövcud olmadığını bildirir. xx.xx.2025-ci il tarixə, yəni bu günki tarixə görüş təyin edilmiş, şəxsən özünün iştirakı ilə uşaqqların nənələri ilə ünsiyyət hüququ təmin edilmişdir. Borclunun icra tələbini təkrar icra etməməsi ilə bağlı hər hansı sübut olmadığından borclu Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan sənədlərdən görünür ki, Qubadlı Rayon Məhkəməsinin e-16(028)-22/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən e-2(028)-578/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi X1 xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günü saat 15:00-dan 18:00-a kimi ünsiyyət hüququ müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-4/2025-009 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədi üzrə ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə (hazırki halda ünvan 2 ünvanında hər həftənin şənbə günü saat 12:00-da cavabdeh Şəxs tərəfindən ərizəçi X4 təhvil verilsin, həmin gün saat 15:00-da isə eyni ünvanda X8 tərəfindən cavabdeh Şəxs təhvil verilməsi müəyyən edilmişdir. Qubadlı Rayon Məhkəməsinin e-16(028)-6/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə Zərərçəkmiş şəxs nəvələri xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X5 ilə Şəxs iştirakı ilə hər həftənin bazar günü iki saat olmaqla Şəxs olduğu ünvanda ünsiyyət hüququ müəyyən edilmişdir. “Bir neçə sənədin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin e-16(028)-22/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi, Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-4/2025-009 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədi və Qubadlı Rayon Məhkəməsinin e-16(028)- 6/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi bir icraatda birləşdirilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli, 24.01.025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, yuxarıda qeyd edilən müvafiq icra sənədləri üzrə icraata başlanılmış, tələbin könüllü icraası barədə borcluya bildirişlər göndərilmişdir. AR DİN Qubadlı Rayon Polis Şöbəsindən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mülki-hüquqi öhdddəliyin icrasından yayındığına görə Şəxs barəsində Qubadlı RPŞ tərəfindən xx.xx.2025-ci il tarixdə 570002 nömrəli axtarış işi açılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-539/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-539/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. xx.xx.2025-ci il tarixli Aktdan görünür ki Qubadlı Rayon Məhkəməsinin e-16(028)-6/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-4/2025-009 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədlərinin təmin etmək üçün borclu Şəxs uşaqları Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə gətirmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada (bundan sonra – Konvensiya) da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və müdafiəçinin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə üzrsüz səbəbdən təkrar törədilməsi faktının müəyyən olunması zəruridir. İXM-nin 528.1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi inzibati tənbeh almış şəxsin inzbiati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə və ya digər orqanların qərarının təkrarən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərdən, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, Şəxs öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırmamışdır. Belə ki, Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə borclunun 500 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilsə də, həmin qərar elektron sistemə yüklənməmiş, həmin qərar icra edilməsi üçün İcra İdarəsinə göndərilməmiş nəticədə icra məmuru tərəfindən qanunsuz və əsasız olaraq borclu barəsində İXM-nin 528.1-1-ci maddəsinə əsasən protokol tərtib edilərək baxılması məhkəməyə təqdim edilmişdir. Halbuki borclu və tələbkarın məhkəmə iclasında verdikləri izahatlardan müəyyən edilmişdir ki, protokolun tərtib edilyi gün yəni xx.xx.2025-ci il tarixə icra məmuru tərəfindən uşaqlarla nənələri arasında görüş təyin edilmiş, Şəxs uşaqların nənələri Afət Ağakişiyeva ilə görüşməsinə şərait yaratmaqla İcra İdarəsinə gətirmiş, bu barədə müvafiq akt tərtib edilmişdir. İXM-nin 75.0.3-cü maddəsinə görə İnzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi məsələsidir. Həmin məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi hazırkı iş üzrə Şəxs əməlində heç bir inzibati xəta tərkibi yoxdur, icra məmuru İXM-nn 528.1-1-ci maddəsinin dispoziyasında qeyd edilən tərkib əlamətləri olmadan şəxs barəsində protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdən, yəni inzibati məsuliyyətə cəlb edildikdən sonra inzibati tənbeh almış Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra 1 il ərzində təkrar törədilməmiş, halbuki xx.xx.2025-ci il tarixə görüş təyin edilmiş, borclu Şəxs müdafiəçinin iştirakı ilə uşaqların nənə ilə ünsiyyət hüququnu təmin etmiş, heç bir maneə yaratmamışdır. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar