Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1319/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxs: Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNHÜ inspektoru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Abşeron rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNHÜ inspektoru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Cavadov X1 hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılmış, yoxlama zamanı sərxoş halda idarə etdiyi aşkarlanmışdır. İl ərzində təkrar sərxoş halda avtomobili idarə etdiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, yol polisi onu saxlamış, ondan şübhələndikləri üçün alkotestr vasitəsilə onu yoxlamışlar. Həmin vaxt pivə içmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs-Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNHÜ inspektoru Nümayəndə protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında 0007 saylı, xx.xx.2022-ci il tarixli protokolda Şəxs verdiyi izahatından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:05-də alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Kia Rio markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil hüquqi şəxs “X2” MMC-yə məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP5208448 saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavadov X3 Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə hesab edir ki, Şəxs avtomobili 1 il ərzində təkrar alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Bu özünün təsdiqedici ifadəsi, tərtib edilmiş protokol və digər sübutlarla təsdiq edilir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edilmişdir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla 450 (dörd yüz əlli) manat cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1319/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1319/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver