Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1320/2021 16.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Metallurq küçəsində saxlanılmış, həkim müayinəsi zamanı sərxoş halda olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətini tibbi müayinəsi barədə 1552 saylı, 27.03.2021-ci il tarixli akta əsasən 27.03.2021-ci il saat 07;50-də Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. Məhkəməyə təqdim olunmuş Sərxoşluq vəziyyətini tibbi müayinəsi barədə 2/7959 saylı, 27.03.2021-ci il tarixli akta əsasən müayinə edilən vaxt, yəni 27.03.2021-ci il saat 10:13:45-də Şəxs ayıq vəziyyətdə olmuş, onda alkoqol əlamətləri olmamışdır. 03 may 2021-ci ildə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, etibarnamə ilə ona məxsus olan Vaz 2107 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilini 27.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, Metallurq küçəsində idarə edərkən saxlanılmışdır. Yoxlama zamanı ondan şübhələndikləri üçün onu həkim müayinəsinə aparmışlar. Narkoloji Dispanserdə müayinə olunduqdan sonra ona yüngül dərəcəli sərxoşluq diaqnozu qoyuldu. Əvvəlki gün saat 23-24 radələrində spirtli GO enerji içkisini yarımçıq qəbul etmişdir. Həkim aktı ilə raəlaşmamış və həmin gün dərhal Bakı şəhərinə gedərək yenidən tibbi müayinədən keçmiş, onda sərxoşluq olmadığı məlum olmuşdur. Ona görə də, məhkəmə ekspertizası təyin edilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı ilə Şəxs vəsatəti təmin edilmiş, iş üzrə sərxoşluğun təyini ekspertizası təyin edilmişdir. Məhkəməyə 14.06.2021-ci il tarixdə daxil olmuş ambulator məcburi narkoloji tibbi yoxlamanın 1560 saylı, 20.05.2021-ci il tarixli rəyindən göründən ki, alkoqol qəbulundan sonra 1 saat ərzində qanda alkoqolun miqdarı təxminən 0,1-0,2 promil 0/00 azalır, aşağı düşür. Belə ki, 27.03.2021-ci il tarixdə saat 07:50-də alkometr 500 cihazı ilə müayinə zamanl göstərici 0,34 faiz olduğunu nəzərə alsaq, 27.03.2021-ci il tarixdə saat 10:13-də göstəricinin 0,00 promil olması mümkündür. 27.03.2021-ci il tarixdən saat 07:50-dən təkrar müayinə edildiyi 27.03.2021-ci il tarixə saat 10:13-dək olan müddət ərzində sərxoşluğun aradan qalxması mümkündür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03 may 2021-ci ildə keçirilən məhkəmə iclasında göstərdiklərini bir daha təkrar etdi, verilmiş rəylə razı olmadığını bildirdi və iş üzrə icraata xitab verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Cəfərov X1 göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 1552 №li, 27 mart 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (27.03.2021-ci il) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Şəxs sərxoş olmaması ilə bağlı dəlilləri yoxlanılmış, ancaq təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1320/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1320/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver