Məhkəmə qərarları › İş №3(060)-1320/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1320/2022

23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1320/2022 23.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 23.05.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin materiallar Sumqayıt Şəhər Məhkəməsinə 23.05.2022-ci il tarixində daxil olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Sumqayıt Şəhər polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən 23.05.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əlavə edilmiş materiallar natamamdır. Belə ki, protokola zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları əlavə edilməmiş, protokolda nə zaman və hansı inzibati xətanın törədilməsi öz əksini tapmamışdır. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əlil olub-olmaması ilə bağlı sənədlər materiallara əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən 23.05.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə onu tərtib etmiş səlahiyyətli orqana yəni, Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən 23.05.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə onu tərtib etmiş səlahiyyətli orqana yəni, Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar