Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1323/2021 30.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, X1 iclas katibliyi, X3 müdafiəçisi Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 “İnzibati tənbeh vermə haqqında” 03.09.2020-ci il tarixli MN ******* saylı Qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Mübariz Vəliyevin 03.09.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh edilmişdir. Vəzifəli şəxs X3 müdafiəçisi Vəkil həmin qərardan şikayət verərək 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən X7 barəsində qəbul edilmiş 03.09.2020-ci il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin əməkdaşları tərəfindən "xxxx" MM-yə məxsus olan məişət tullantıları poliqonunda monitorinq aparılmış və monitorinqin nəticəsində guya inzibati xəta aşkarlandığına görə 26.08.2020-ci il tarixli, MN ******* saylı “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Həmin protokola əsasən "xxxx" MMC-yə məxsus olan məişət tullantıları poliqonunda monitorinq zamanı atmosferə yayılan zərərli qazın miqdarının normadan artıq olması, həmçinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məcburi göstərişinin icra edilməməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Mübariz Vəliyev tərəfindən "xxxx" MMC-nin direktoru X5 ünvanlanmış 26.08.2020-ci il tarixli “İnzibati xəta haqqında işlər üzrə” bildirişdə 26.08.2020-ci il tarixli, MN ******* saylı “İnzibati xəta haqqında” protokol əsasında Atəş Rüstəmov haqqında başlanılmış inzibati xəta ilə bağlı işə 03.09.2020-ci il tarixdə saat 11:00-da 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasında baxılacağı, baxış zamanı özünün və ya səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi bildirilmişdir. 26.08.2020-ci il tarixli, MN ******* saylı “İnzibati xəta haqqında” protokol əsasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Mübariz Vəliyev tərəfindən 03.09.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərarla vəzifəli şəxs qismində X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Qərar rəsmi qaydada 14.09.2020-ci il tarixində "xxxx" MMC-yə təqdim olunmuşdur. Hesab edir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Mübariz Vəliyev tərəfindən qəbul edilmiş 03.09.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, istər inzibati xəta haqqında protokol tərtib edilərkən, istərsə də inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında icraatın qanunvericiliklə müəyyən olunmuş bir sıra normaları kobud şəkildə pozulmuşdur. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta hadisəsi 13.08.2020-ci il tarixində aşkar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol 26.08.2020-ci il tarixində tərtib olunmuşdur. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Məcəllədə yalnız inzibati araşdırma aparılmasının zəruri olduğu istisna hallarda inzibati xəta haqqında protokolun inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılması nəzərdə tutulmuşdur(102.5-ci maddə). Lakin bu halda inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilməli və həmin qərardadda araşdırma aparılmasını zəruri edən hallar göstərilməlidir (102-ci maddə). Lakin inzibati xəta haqqında protokol inzibati xəta hadisəsinin baş verməsinin guya aşkar edilməsindən 13 gün sonra tərtib edilmişdir və hansı səbəbdən protokolun gec tərtib olunması əsaslandırılmamışdır. İnzibati xəta haqqında protokolda aşkar edilmiş inzibati xətanın törədilməsini təsdiq edən fakt kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin əməkdaşlarının 13.08.2020-ci il tarixdə tərtib etdikləri 0033 saylı akt göstərilmişdir. Lakin həmin akt İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədardır. X3 İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı isə hər hansı bir akt və ya sübut mövcud deyildir. Buna görə də protokolda həmin xəta ilə və xətanın aşakr edilməsi ilə bağlı heç bir qeyd mövcud deyildir. Qeyd edildiyi kimi protokolla yanaşı inzibati tənbeh vermə haqqında qərar da ciddi qanun pozuntularına yol verilməklə qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 3(060)-1767/2020 saylı qərarı ilə X3 müdafiəçisi Vəkil şikayəti təmin edilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən X7 barəsində qəbul edilmiş 03.09.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvəltər idarəsi tərəfindən X3 barəsində inzibati araşdırma aparılması üçün əsas Milli Hidrometeorologiya Xidməti ilə birgə keçirilimiş monitorinq ölçmə işlərinin nəticəsi, həmçinin idarə tərəfindən çatışmazlıqların aradan qaldırılmasına dair X5 verilmiş 21.05.2020-ci il tarixli məcburi göstərişin tələblərinin yerinə yetirilməməsi olmuşdur ki, həmin faktlar iş materiallarına əlavə edilmiş sənədlərlə öz sübutunu tapmışdır. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 3(060)-1767/2020 saylı qərarının ləğv olunması, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 sentyabr 2020- ci il tarixli, MN№ ******* saylı qərarının qüvvədə saxlanılması xahiş olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-19/2021 saylı, 23.02.2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 3(060)-1767/2020 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-19/2021 saylı, 23.02.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “26.08.2020-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokolda "xxxx" MMC-yə məxsus olan məişət tullantıları poliqonunda monitorinq zamanı atmosferə yayılan zərərli qazın miqdarının normadan artıq olması, həmçinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məcburi göstərişinin icra edilməməsi, bununla da Azərbaycan Respublikası İXM-nin 233.1-ci və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. Yəni Protokolda ayrı-ayrı əsaslara görə 2 maddə ilə inzibati xəta törədilməsi göstərilmişdir. Lakin həmin Protokol əsasında 03.09.2020-ci il tarixli, MN ******* №li inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-nin 233.1-ci maddəsi ilə törədilməsi göstərilmiş inzibati xətaya münasibət bildirilməmiş, həmin maddə nəzərdən qaçırılmışdır. Birinci istansiya məhkəməsi isə həmin halları araşdırmamış, onlara münasibət bildirməmişdir”. Məhkəmə işə yenidən baxilmasi ilə bağlı olaraq və bu qəbildən olan işlərə eyni cür baxilmasını təmin etmək, vahid məhkəmə təcrübəsi formalaşdırmaq üçün barəsində inzibati xəta haqqında icrraat aparılan şəxsin mənafeyi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunda bu müraciətə baxılmış və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.11.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 6-cı maddəsinə uyğun olaraq səlahiyyətli orqanın və ya məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayətə baxılmanın predmeti həmin qərarla məhdudlaşır. Azərbaycan Respublikası İXMnin 135.2-ci maddəsinin mənasına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim və ya səlahiyyətli orqan, barəsində qərar qəbul edilmiş şəxsin vəziyyəini ağırlaşdıran qərarı öz təşəbbüsü ilə deyil, yalnız bununla əlaqədar zərərçəkmiş şəxsin, həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.11.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-19/2021 saylı, 23.02.2021-ci il tarixli qərarında göstərilən halların ("xxxx" MMC-yə məxsus olan məişət tullantıları poliqonunda monitorinq zamanı atmosferə yayılan zərərli qazın miqdarının normadan artıq olması, Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibət bildirilməməsi və bunun araşdırılmaması) araşdırılması şikayət verən şəxsin vəziyyətini pisləşdirir. Ona görə də, məhkəmə şikayətin hüdudlarında, ancaq mübahisələndirən qərara münasibətdə, yəni X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə tənbeh edilməsinə dair hissədə işə baxır.... Məhkəmə iclasında qərarından şikayət verilmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X11 izahatında bildirdi ki, 21 may 2020-ci il tarixdə “X9 haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozuntularının aradan qaldırılması üçün məcburi göstəriş verilərək "xxxx" MMC-də həmin qanunun tələblərinə riayət olunması vəziyyəti yoxlanılmış və 26.08.2020-ci il tarixli, ******* saylı protokol tərtib olunmuşdur. Məcburi göstərişin surəti "xxxx" MMC-yə təqdim olunmuş və imzalanaraq qəbul edilmişdir. 03 sentyabr 2020-ci il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən "xxxx" MMC barəsində tullantıların zərərsizləşdirilməsi texnologiyasına düzgün əməl olunmasına dair idarə tərəfindən verilmiş məcburi göstərişin tələblərinin yerinə yetirilməməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən MN ******* №li İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında vəzifəli şəxs X3 müdafiəçisi Vəkil bildirdi ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC-yə məcburi göstəriş rəsmi qaydada verilməmişdir. Ona görə də şikayəti müdafiə edir və təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən X9ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan “X9 haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozuntularının aradan qaldırılmasına dair 21.05.2020-ci il tarixli məcburi göstərişin surətindən görünür ki, həmin məcburi göstərişin surəti imzalanaraq qəbul edilmiş, lakin imzalayan şəxsin kimliyi - soyadı, adı, tutduğu vəzifə qeyd olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən, sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 57.4-cü maddəsinə əsasən, sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan (57.5.1), bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan (57.5.2.1), sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan (57.5.2.2), bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan (57.5.3) rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı, sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan, verilən sənədin adı, verilmənin vaxtı (tarix və saat) və yeri, sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair), sənədin verildiyi şəxs, sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası göstərilməlidir. Məhkəmə inzibati xətalar qanunvericiliyinə əməl etməklə iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma apararaq müəyyən etdi ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC-yə məcburi göstəriş rəsmi qaydada verilməmişdir. Vəzifəli şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün məcburi göstəriş "xxxx" MMC-yə çatdırılmalı idi, ancaq çatdırılmamışdır və bununla bağlı şübhələr mövcuddur. Bu şübhələr isə inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X3 İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir, onun təqsirliliyi sübuta yetirilmir. Odur ki, şikayət təmin olunmalı, vəzifəli şəxs X7 barəsində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 03.09.2020-ci il tarixli, MN ******* №li inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 133, və 134.1.3, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X3 müdafiəçisi Vəkil şikayəti təmin edilsin. Vəzifəli şəxs ("xxxx" MMC-nin direktoru) X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilməsi barədə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 03.09.2020-ci il tarixli, MN ******* №li qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1323/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1323/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver