Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1323/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı X2, Zərərçəkmiş şəxs – X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 23.0.1978-ci ildə Quba rayonu, Timirzayev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu, Hil-Oba kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 16-cı mikrorayon, 7-ci küçə, fərdi evdə kirayə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində 24 may 2022-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, Şəxs 30.04.2022-ci il tarixdə X1 60 manat pul alaraq oğlunu yaşadığı xanımla ayrılmasına köməklik edəcəyini bildirmiş, dua yazacağını deyərək aldatmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 məhkəmə iclasındakı izahatında bildirdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən dələduzluq faktı ilə əlaqədar 03 may 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan hadisəni törətmiş naməlum şəxs(lər) barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün polis bölməsinə göndərilmişdir. Buna görə də həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs 30.04.2022-ci il tarixdə X1 60 manat pul alaraq oğlunu yaşadığı xanımla ayrılmasına köməklik edəcəyini bildirmiş, cadu dua yazacağını deyərək aldatmışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında ilkin olaraq bildirdi ki, kafedə ofisiant kimi işləyir, falçılıqla məşğul olmur. O, zərərçıkmiş şəxsi ümumiyyətlə tanımır. Amma zərərçəkmiş şəxslə telefonla ola bilsin danışmış, zərərçəkmiş şəxsə kafe bir dəfə çay vermişdir. Eyni zamanda, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilmiş, polis əməkdaşları onu döymüş və təhqir etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xəta ahqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahatında bildirdi ki, oğlunun bəzi problemləri olmuşdur. O bu problemlərin həll etməsi üçün falçı axtarmış və nəticədə Şəxs tapmışdır. Aynurə ondan 60 manat pul alaraq oğlunu yaşadığı xanımla ayrılmasına köməklik edəcəyini bildirmiş, cadu dua yazacağını deyərək aldatmışdır. Aynurənin izahatında göstərdikləri yalandır, o, həmin kafenin yerini Aynurənin bildirməsinə görə tapmış, kafedə ona çay vermiş, növbəti gün yenidən həmin kafeyə gedib mətbəxdə Aynurə ona selofana bükülmüş əşyalar vermişdir. Məhkəmədən Qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarını araşdıraraq Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən qəbul edilmiş 03 may 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan hadisəni törətmiş naməlum şəxs(lər) barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün polis bölməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs özünü təqsirli bilməsə də, onun və zərərçəkəmiş şəxsin məhkəmə iclasında verdiyi izahatlarına diqqət edilmiş, şəxs əvvəlcə zərərçəkmiş şəxsi ümumiyyətlə tanımadığını, sonradan izahatını bir qədər dəyişərək telefon vasitəsi ilə əlaqə saxladığını və bir dəfə onunla görüşdüyünü etiraf etmişdir. Zərərçəkmiş şəxs isə hadisəni bütün xırdalına kimi təfsir etməsi özülüyündə Şəxs X4 aldadaraq pulunu aldığını sübuta yetirir. Şəxs izahatını isə məhkəmə özünümüdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həyat şəraitini, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini daşımaq və həmin vasitəni işlək vəziyyətdə saxlamaq üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İnzibati Xətalar Məcəlləsinin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmçinin həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 66-cı maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39,114-115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 160 (yüz altmış) saat ictimai iş inzibati tənbeh növü tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs üzərində həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1323/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1323/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver