Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1324/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X3, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X5, Zərərçəkmiş şəxs – X1, Zərərçəkmiş şəxs – X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Sumqayıt Regional Vəkil Bürosunun vəkili – Vəkil iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 01:00 radələrində Sumqayıt şəhəri, Tuk zavod qəsəbəsi, ev 2, mənzil 12-də yaşayan X12 məxsus Opel- Sentra **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildən 70 manat dəyərində qəpik pullar oğurlamışdır. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:59 radələrində Yaşıldərə bağlarında xırda oğurluq edərək İXM-nin 227-ci maddəsi (xırda talama) törətmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Yaşıldərə bağlarında həyət evindən xırda oğurluq edərək İXM-nin 227-ci maddəsi (xırda talama) törətmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Dəmiryol vağzalında xırda oğurluq edərək İXM-nin 227-ci maddəsi (xırda talama) törətmişdir. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X13 protokolda yazılanları təsdiq edərək bildirdi ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru X17 tərəfindən 30 aprel 2023cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 01:00 radələrində Sumqayıt şəhəri, Tuk zavod qəsəbəsi, ev 2, mənzil 12-də yaşayan X12 məxsus Opel-Sentra **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildən 70 manat dəyərində qəpik pullar oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X10 protokolda yazılanları təsdiq edərək bildirdi ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru X17 tərəfindən 18 may 2023cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində X11 məxsus şalvarın cibindən 150 manat dəyərində bir ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefon və 235 manat pulu oğurlamışdır. Bundan başqa Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru X17 tərəfindən 18 may 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdən 12.05..2023-cü il tarixinə keçən gecə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində X2 məxsus bir ədəd direl, bir top elektrik naqili və 8 ədəd elektrik lampasını oğurlamışdır. Bundan başqa Sumqayıt ŞPİnin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru X17 tərəfindən 18 may 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt Dəmiryol Vağzalının qarşısındakı açıq dayanacaqda dayanmış X7 məxsus “VAZ-2107” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin bir ədəd akkumlyatorunu oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək qeyd etdi ki, telefonu o oğurlamamış, digər oğurluq hadisələri o törətmişdir. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X4 bildirdi ki, ona məxsus bir ədəd direl, bir top elektrik naqili və 8 ədəd elektrik lampası oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona 90-94 manat dəyərində zərər dəymişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X18 bildirdi ki, ona məxsus Opel- Sentra markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildən 70 manat dəyərində qəpik pullar oğurlamışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil inzibati xətanı törətmiş şəxsin əməlindən peşman olmasını, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq şəxs barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxslər X16 və X14 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxslərin, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hər dörd oğurluq hadisəsini törətməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin olması onun özünün etirafı, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İş materiallarında olan zərərçəkmiş şəxs X6 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Dəmiryol vağzalının qarşısında “VAZ-2107” markalı avtomobilindən akkumlyatorun oğurlanması ilə bağlı şikayət etmişdir. Lakin hal-hazırda qızdırma və xəstəliyi olduğu üçün səhhəti ilə əlaqədar iynə-dərman qəbul edir. Buna görə də onun iştirakı olmadan şikayətinə məhkəmədə baxılmasını xahiş edir. İş materiallarında olan zərərçəkmiş şəxs X8 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Yaşıldərə bağlarında pulunun və telefonunun oğurlanması ilə bağlı 5-ci PB-nə şikayət etmişdir. Lakin hal-hazırda işi ilə əlaqədar olaraq Saatlı rayonuna getmişdir. Özü məhkəmədə iştirak etməsə də şikayətinə baxılmasını xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis polis mayoru X17 tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və təqsirkar şəxsin barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti Sumqayıt ŞPİ-yə təqdim edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis polis mayoru X17 tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və təqsirkar şəxsin barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti Sumqayıt ŞPİ-yə təqdim edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis polis mayoru X17 tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və təqsirkar şəxsin barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti Sumqayıt ŞPİ-yə təqdim edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis polis mayoru X17 tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və təqsirkar şəxsin barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti Sumqayıt ŞPİ-yə təqdim edilmişdir. İş materiallarında olan “Aytac İnşaat” pərakəndə və Topdansatış mağazasının müdiri tərəfindən tərtib edilmiş arayışdan görünür ki, işlənmə vəziyyəti nəzərə alınaraq 1 ədəd (3 il müddətində işlənməsi halında” elektrik direlinin hazırki bazar dəyəri 30 manat, 100 metr uzunluğunda 2,5 mm-lik 1 top elektrik naqilinin hazırki bazar qiyməti 40 manat, sadə elektrik lampasının hər birinin orta qiyməti 3 manat olmaqla 8 ədədinin qiyməti ümumilikdə 24 manat təşkil edir. Qiymətləndirmə hal-hazırda olan bazar qiymətlərinə uyğun hesablanmışdır. İş materiallarında olan “Aytac İnşaat” pərakəndə və Topdansatış mağazasının müdiri tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 1 ədəd 70 amperlik avtomobil üçün nəzərdə tutulan akkumlyatorun istifadə olunması nəzərə alınaraq işlənmə vəziyyətinə uyğun olaraq hazırki bazar qiyməti 80 manat müəyyən edilir. Qiymətləndirmə hal-hazırda olan bazar qiymətlərinə uyğun hesablanmışdır. İş materiallarında olan “Aytac İnşaat” pərakəndə və Topdansatış mağazasının müdiri tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 1 ədəd Xiomi Redmi 9C markalı mobil telefonun 2022-ci ilin mart ayından alınması nəzərə alınaraq işlənmə vəziyyətinə uyğun olaraq hazırki bazar qiyməti 150 manat müəyyən edilir. Qiymətləndirmə hal-hazırda olan bazar qiymətlərinə uyğun hesablanmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2098/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 23 gün müddətinə inzibati həbs olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 3(060)-481/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 may 2023-cü il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 02 (iki) ay 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 18 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1324/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1324/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver