Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1325/2020 17.07.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki “Kapital Bank”ın bankomatından X1 məxsus bank kartından avans şəklində 100 manat pul çıxartmışdır. Bundan əlavə Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Kapital Bank”ın bankomatından Zərərçəkmiş şəxs məxsus təqaüd kartından avans şəklində 200 manat pul çıxartmışdır. Bundan əlavə Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Araz” marketin yaxılığında olan “Kapital Bank”ın bankomatından X2 məxsus bank kartından avans şəklində 100 manat pul çıxartmışdır. Bundan əlavə Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən “Kapital Bank”ın bankomatından X3 məxsus bank kartından avans şəklində 200 manat pul çıxartmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN 0573444, MN 0573446, MN 0665279-1208 və MN 0665278-1207 saylı xx.xx.2020-ci il tarixli protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1325/2020, 3(060)-1326/2020, 3(060)-1327/2020 və 3(060)-1328/2020 nömrəli işlər bir icraatda, yəni 3(060)-1328/2020 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN 0573444, MN 0573446, MN 0665279-1208 və MN 0665278-1207 saylı xx.xx.2020-ci il tarixli protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1325/2020, 3(060)-1326/2020, 3(060)-1327/2020 və 3(060)-1328/2020 nömrəli işlər bir icraatda, yəni 3(060)-1328/2020 nömrə ilə birləşdirilsin. Hakim: Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №3(060)-1325/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1325/2020
17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver