Məhkəmə qərarları › İş №3(060)-1326/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1326/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1326/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Yardımlı rayonu, Honuba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Toğrul Baxşəliyev tərəfindən 24.05.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-433/22 saylı, 26.01.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı 5680 manat borcun ödənilməsi ilə bağlı icra məmurunun tələbini üzrsüz səbəbdən icra etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-433/2022 saylı, 26.01.2022-ci il tarixli icra sənədinə əsasən onunla iddiaçı Zərərçəkmiş şəxs oğlu arasında bağlanmış 23 iyul 2022-ci il tarixli saziş ləğv edilmiş, ondan həmin saziş üzrə ödəməli olduğu 23 iyul 2021-ci il tarixli sazişə əsasən 5800 manat məbləğində pulun, 80 manat dövlət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik 5 faizinin qətnamə çıxan günədək alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Fəhlə bazarında fəhlə işləyir. Hal-hazırda 200 manat ödəniş edir. Bundan sonra da ödəniş etməyə davam edəcək. Ona görə də, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-433/2022 saylı, 26.01.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs ilə iddiaçı Zərərçəkmiş şəxs oğlu arasında bağlanmış 23 iyul 2022-ci il tarixli saziş ləğv edilmiş, ondan həmin saziş üzrə ödəməli olduğu 23 iyul 2021-ci il tarixli sazişə əsasən 5800 manat məbləğində pulun, 80 manat dövlət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik 5 faizinin qətnamə çıxan günədək alınıb ona ödənilməlidir. Hazırda 5680 manat borc yaranmışdır. Şəxs indiyədək ödəniş etməmişdir. Ödənişi vaxtlı-vatında ödəməsini tələb edir. Şəxs qanuna uyğun cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məktublardan görünür ki, Şəxs Rabitəbank, Azərbaycan Beynəlxalq Bankı və Bank of Baku banklarında tələb yönəldilə biləcək hesab və vəsaitləri yoxdur. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, vəkilin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Toğrul Baxşəliyev tərəfindən 24.05.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-433/2022 saylı, 26.01.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs ilə iddiaçı Zərərçəkmiş şəxs oğlu arasında bağlanmış 23 iyul 2022-ci il tarixli saziş ləğv edilmiş, ondan həmin saziş üzrə ödəməli olduğu 23 iyul 2021-ci il tarixli sazişə əsasən 5800 manat məbləğində pulun, 80 manat dövlət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik 5 faizinin qətnamə çıxan günədək alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin borclu bu günə qədər ümumi 200 manat ödəniş etmişdir və borcun ödənilməsindən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar