Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1327/2025 02.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X5 iştirakları ilə, Hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 253.3.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ünvan 1qayıt şəhəri, 39-cu məhəllə, Koroğlu küçəsi kənarında kanalizasiya boru xətlərinin çəkilişi ilə əlaqədar aparılan bünövrə qazıntı işləri zamanı ərazidə yerləşən kök üstə yaş halında d=21 və 27 sm 2 ədəd şam ağaclarının məhv olması faktı müəyyən edilmişdir. Nəticədə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli, inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, ünvan 1qayıt şəhəri, 39-cu məhəllə, Koroğlu küçəsi yaxınlığında 2 ədəd şam ağacı aşmışdır və ərazidə keçirilmiş yerli baxış zamanı da ağaclar olan ərazinin qazılması, qazıntı işlərinin düzgün aparılmaması, ağacların dibinin boşalması və bunun nəticəsində qazıntı aparılan sahəyə ən yaxın yerləşən ağacların məhv olmasını aşkar şəkildə görmək mümkündür. Ağacların aşma faktı aşkar edildikdən sonra üç dəfə barəsində icraat aparılan hüquqi şəxsin filialına bildiriş göndərilmişdir. Qeyd edilən ağacların dəyəri 2700 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin, şirkətin filialı qazıntı işlərini həyata keçirməzdən öncə Ekologiya Nazirliyinə məlumat verməmiş, ekoloji ekspertizanın rəyi alınmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən qanunauyğun tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X7 bildirmişdir ki, Acıdərə kanalı boyunca kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi üzrə podratçı qismində onun təmsil etdiyi şirkət ilə müqavilə bağlanmışdır. Podrat müqaviləsi üzrə 16 kilometr kanalizasiya sisteminin yenidən qurulması onun təmsil etdiyi şirkətə həvalə edilmişdir. Protokolda qeyd edilən ünvan 1qayıt şəhəri, Koroğlu küçəsi, 39-cu məhəllə ərazisində şirkətin işçiləri tərəfindən yanvar ayında 5 gün müddətində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qazıntı işləri aparılmış, lakin, bağlanmış müqaviləyə yenidən baxılması ilə əlaqədar əməkdaşlar tərəfindən qazılan ərazinin üzəri örtülərək təhlükəsiz vəziyyətə gətirilmiş, müvəqqəti olaraq işlər dayandırılmışdır. İşlərin dayandırılmasının səbəbi zəmin kodu ilə layihə kodunun uyğun gəlməməsi olmuşdur. İşlərin dayandırılması barədə bütün qurumlara onlar tərəfindən məlumat verilmişdir. Protokolda göstərilən ağaclar isə xx.xx.2025-ci il tarixdə aşmışdır. Onların maddi-texniki vəsaitləri, yəni dəmir-beton borular həmin ərazidə qalsa da, özləri mütəmadi olaraq ərazidə olmamışlar. Əraziyə bəlkə də başqa digər şəxslərin nüfuz etməsi və ya güclü küləyin təsirindən ağacın aşmasını ehtimal etdiyini bildirmişdir. Onlar tez-tez Ekologiya Nazirliyinin mütəxəssisləri ilə görüşdüklərini, əgər belə bir təhlükə var idisə həmin mütəxəssislər tərəfindən təlimatlandırılmadıqlarını bildirmişdir. Hadisədən sonra filialın hüquqi ünvanına bildiriş göndərilmiş, həmin ünvanda məktubu qəbul edən olmadığından, onların ünvan 1qayıt şəhərində yerləşən saxlanc anbarına məktub təqdim edilmişdir. O, hadisə barədə məlumat verildikdən sonra may ayının axırlarında həmin əraziyə gedib baxmış, daha sonra 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə getmiş, barələrində tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktla tanış olmuş, lakin, həmin aktda inşaata aid terminlərin - yəni əks dolğu işlərinin düzgün aparılmadığının qeyd edilməsi səbəbindən aktı imzalamaqdan imtina etmişdir. Əks dolğu işlərinin düzgün aparılmaması Fövqaladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən müəyyən edilə bilər, belə ki, qeyd edilən halı vizual baxışla müəyyən etmək mümkün deyildir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, qazıntı işləri aparan əməkdaşlar tərəfindən eni 5 metr olan asfalt örtüyü 3,6 metr eninə kəsilmiş, səki olan ərazidə isə qazıntı işləri aparılmamışdır. Bundan başqa, həmin ərazidə baxış quyusunun yerləşdirilməsi üçün 6,80 dərinliyində xəndək qazıldığını, həmin xəndəyin kənarlarının metal şpuntlarla mühafizə edildiyini və xəndəyə bir ədəd bucağın yerləşdirildiyini bildirmişdir. Səkidə olan ağacların onların işinə mane olmadığını, əgər maneə olardısa bu barədə İdarəyə ağacların götürülməsi üçün müraciət edəcəklərini qeyd etmiş, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi üçün Ekologiya və təbii Sərvətlər Nazirliyindən ekoloji rəy alınmadığını və rəyin olmaması barədə X4 şifahi qaydada məlumat verdiklərini bildirmişdir. Ağacların aşmasına güclü külək və yağış sularının səbəb olduğunu, protokol tərtib edən orqanın nümayəndəsinin inşaata aid terminlərdən istifadə etməsini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X6 izahatında bildirmişdir ki, ünvan 1qayıt şəhəri 39-cu məhəllə, Koroğlu küçəsi yaxınlığında aparılan monitorinq zamanı iki ədəd şam ağacının aşması müəyyən edilmiş və həmin ərazidə qazıntı işləri aparan şirkətin nümayəndəsinin iştirakı ilə əraziyə baxış keçirilmişdir. Hüquqi şəxsin filialının qazıntı işləri aparılmasına dair ekoloji rəy mövcud olmamışdır. Monitorinq zamanı qazıntı işlərinin ağacın kökünün içərisində aparılması, daha sonra isə ağacların diblərinin bərkitmə işlərinin düzgün aparılmaması müəyyən edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli, 91359 nömrəli aktdan görünür ki, xx.xx.2025-ci il tarixində ünvan 1qayıt şəhəri, 39-cu məhəllə, Koroğlu küçəsində bünövrə qazıntı işlərinin aparılması zamanı həmin ərazidə yerləşən köküstə yaş halında d=21 sm və 27 sm olan 2 ədəd şam ağacının dib hissələrinin boşalması nəticəsində ağacların müvazinətlərini itirərək köklə birlikdə torpaqdan qoparaq yerə aşması və məhv olması faktı müəyyən edilmişdir. Araşdırma zamanı baxış keçirilərkən məlum olmuşdur ki, şirkət tərəfindən sözü gedən ərazidə aparılan kanalizasiya boru xətlərinin çəkilişi zamanı torpağın çökməsi, sürüşmə nəticəsində ağaclar müvazinətlərini itirərək yerə aşmış və məhv olmuşdur. İdarədə aparılan inzibati araşdırmada iştirak etməsinin təmin olunması üçün dəvət olunması barədə idarə tərəfindən Şəxs şirkətinin hüquqi ünvanına məktub və bildiriş göndərilmiş, xx.xx.2025-ci il tarixində şirkətin nümayəndəsi idarəyə gəlmiş və tərəflərindən aparılan inzibati araşdırmada iştirak etmişdir. Həmin akta əlavə edilmiş fotoşəkillərə baxış zamanı tikinti işləri zamanı yaşılllıqların mühafizəsinin təmin edilmədiyi, 2 (iki) ədəd ağacın məhv edilməsi müəyyən edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2363772 nömrəli protokoldan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ünvan 1qayıt şəhəri, 39-cu məhəllə, Koroğlu küçəsi kənarında kanalizasiya boru xətlərinin çəkilişi ilə əlaqədar aparılan bünövrə qazıntı işləri zamanı ərazidə yerləşən kök üstə yaş halında d=21 və 27 sm 2 ədəd şam ağaclarının məhv olması faktı müəyyən edilmişdir. Nəticədə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, ünvan 1qayıt şəhəri, 39-cu məhəllə, Koroğlu küçəsi kənarında kanalizasiya boru xətlərinin çəkilişi ilə əlaqədar aparılan bünövrə qazıntı işləri zamanı ərazidə yerləşən kök üstə yaş halında d=21 və 27 sm 2 ədəd şam ağacının dib hissələrinin boşalması nəticəsində ağacların müvazinətini itirərək, köklə birlikdə torpaqdan qoparaq yerə aşması və məhv olması faktı müəyyən edilmiş, iki ədəd şam ağacının məhv olması nəticəsində Azərbaycan Respublikasının 2016-cı il tarixli 421 saylı qərarına əsasən təbiətə 2700 (iki min yeddi yüz) manat məbləğində ziyan dəydiyi müəyyən edilmiş, eyni zamanda İXM-nin 253.2-ci maddəsi ilə inzibati araşdırma başlanılmışdır. Qeyd edilən bildiriş barəsində icraat aparılan hüquqi şəxsin filialının nümayəndəsi tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli PV-21/24 nömrəli podrat müqaviləsindən görünür ki, sifarişçi "xxxx" MMC ilə podratçı Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında müavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Podratçı ünvan 1qayıt şəhərində “Acıdərə” kanalının yenidən qurulması layihəsinin davam etdirilməsi, “Yaşıldərə” yaşayış massivi və 76-cı məhəllə ərazisində formalaşan tullantı sularının idarə olunmasının əsaslı təmiri işlərinin görülməsini, sifarişçi isə bunu müqabilində podratçıya müqaviləyə əlavə edilmiş Razılaşdırma Protokolları ilə müəyyən edilmiş məbləğdə və müddətdə muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.5-ci bəndində podratçının təhlükəsizlik qaydalarına riayət etməli olduğu qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının işçiləri tərəfindən Acıdərə kanalı boyunca kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi üzrə ünvan 1qayıt şəhəri, Koroğlu küçəsi, 39-cu məhəllə ərazisində qazıntı işləri aparılmışdır. Lakin, bağlanmış müqaviləyə yenidən baxılması ilə əlaqədar əməkdaşlar tərəfindən qazılan ərazinin üzəri örtülmüş və müvəqqəti olaraq işlər dayandırılmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixində ünvan 1qayıt şəhəri, 39-cu məhəllə, Koroğlu küçəsində bünövrə qazıntı işlərinin aparılması zamanı həmin ərazidə yerləşən köküstə yaş halında d=21 sm və 27 sm olan 2 ədəd şam ağacının dib hissələrinin boşalması nəticəsində ağaclar müvazinətlərini itirərək köklə birlikdə torpaqdan qoparaq yerə aşmış və məhv olmuşdur. Qeyd edilən fakt üzrə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxsin filialının nümayəndəsi izahatında həmin ərazidə şirkətin əməkdaşları tərəfindən cari ilin yanvar ayında beş gün müddətində xx.xx.2025-ci il tarixədək qazıntı işlərinin aparıldığını, lakin, xx.xx.2025-ci il tarixdə ağacların aşmasının onların apardığı qazıntı işləri ilə əlaqədar olmadığını, iki ədəd şam ağacının güclü külək səbəbindən aşaraq məhv olduğunu, şirkətin işçiləri tərəfindən yalnız asfalt örtüyünün 3,6 metr eninə və 6,8 metr dərinliyinə qazıldığını, səkiyə nüfuz edilmədiyini bildirmişdir. Məhkəmə tərəfindən ünvan 1qayıt şəhəri, 39-cu məhəllə, Koroğlu küçəsində qazıntı işləri aparılan əraziyə tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən ağacların məhv olduğu ərazidə asfalt örtüyü ilə yanaşı səkidə də qazıntı işlərinin aparılması, həmin ərazinin qazıntı işləri aparılmayan səki hissəsindən fərqli görüntüsü olması, asfalt sahə ilə ağacların aşdığı ərazinin də eyni şəkildə torpaqlanması müəyyən edilmişdir. Həmçinin, məhkəmə ağacların güclü küləyin təsirindən aşmasına dair barəsində icraat aparılan hüquqi şəxsin filialının nümayəndəsinin dəlilləri ilə bağlı bildirir ki, məhkəmə tərəfindən ağacların məhv olduğu əraziyə baxış keçirilən zaman da göründüyü kimi aşmış ağaclar qazıntı işlərinin aparıldığı sahəyə ən yaxın məsafədə yerləşən ağaclar olmuşdur. Belə ki, qazıntı işləri aparılan ərazidə asfalt örtüyünün sağında, solunda müxtəlif ağaclar olmasına baxmayaraq məhv olmuş ağaclar məhz qazıntı işlərinin aparılan yerə ən yaxın məsafədə, qazıntının aparıldığı yerdə basdırılmış ağaclar olmuşdur. Digər tərəfdən barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən qeyd edilən tarixdə güclü küləyin olmasına dair dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əgər həqiqətən də güclü külək olsa idi, ətrafda olan digər ağaclara da hər hansı bir zərər dəyər və ya həmin ağaclardan da hər hansı biri aşmış olardı. Aşan ağacların məhz qazıntı aparılan sahəyə ən yaxın məsafədə olması onu deməyə əsas verir ki, ağacların aşmasına səbəb güclü külək deyil, məhz qazıntı işlərinin aparılması olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qazıntı işləri aparılarkən qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ekoloji rəyin alınması tələb edilməsinə baxmayaraq, həmin sənədlərin alınması təmin edilməmiş və müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasının İXM-nin 253.3.1-ci maddəsinin tələbləri pozulması sübuta yetirilmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. 13.1- ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir. 13.2- ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.4- cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.5- ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. 13.6- cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir. 13.7- ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir. 13.8- ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir. 13.9- maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir. 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Sözügedən qaydalarda yaşıllıqların götürülməsinə rəyin verilməsi, yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların: 13.10- bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. 2.2- ci bəndində yaşıllıqların götürülməsinə yol verilən hallar göstərilmişdir ki, həmin hallar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş hallarla eyniyyət təşkil edir; 2.4- cü bəndinə əsasən fiziki və hüquqi şəxslər bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.9- cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir:18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. 253.3.1-ci maddəsinə əsasən eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, qanunvericiliklə yaşıllıqların götürülməsinə yol verilən halların dairəsi dəqiq müəyyən olunmuş və bu hallardan başqa yaşıllıqların götürülməsi qadağan olunaraq həmin hərəkətlərə görə qanunla məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericilikdə yaşıllıqların götürülməsinə dair müraciət olunacaq və buna dair müvafiq qərar qəbul etmə səlahiyyəti olan qurumların siyahısı və həmin qərarın qəbul edilməsi proseduru dəqiq müəyyən olunmuşdur. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən hüquqi şəxsin filialı məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından, hüquqi şəxsin filialı həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 253.3.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 253-cü maddəsinin Qeyd hissəsinin 3-cü hissəsinə əsasən bu Məcəllənin 253.3.1, 253.3.2 və ya 253.3.3-cü maddələrinə əsasən bir neçə ağacın və ya kolların zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq edilən inzibati cərimənin məbləği bu Məcəllənin 25.4-cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50.000 (əlli min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində ünvan 1qayıt şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə ünvan 1qayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1327/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1327/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver