Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1328/2020 17.07.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızının, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin sahə rəisi, polis leytenantı X5 və Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin sahə rəisi, polis kapitanı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki “Kapital Bank”ın bankomatından X3 məxsus bank kartından avans şəklində 100 manat pul çıxartmışdır. Bundan əlavə Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Kapital Bank”ın bankomatından X1 məxsus təqaüd kartından avans şəklində 200 manat pul çıxartmışdır. Bundan əlavə Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Araz” marketin yaxılığında olan “Kapital Bank”ın bankomatından Zərərçəkmiş şəxs məxsus bank kartından avans şəklində 100 manat pul çıxartmışdır. Bundan əlavə Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən “Kapital Bank”ın bankomatından X6 məxsus bank kartından avans şəklində 200 manat pul çıxartmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin sahə rəisi, polis leytenantı X9 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Kapital Bank”ın bankomatından X1 məxsus təqaüd kartından avans şəklində 200 manat pul çıxartmışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Araz” marketin yaxılığında olan “Kapital Bank”ın bankomatından Zərərçəkmiş şəxs məxsus bank kartından avans şəklində 100 manat pul çıxartmışdır. Bu faktla bağlı inzibati qaydada araşdırılma aparılmış, nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərini pozması müəyyən edildiyindən, o, sonuncunun barəsində inzibati qaydada tədbir görülməsi üçün inzibati xəta haqqında MN ******* və MN ******* saylı xx.xx.2020-ci il tarixli protokollar tərtib etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin sahə rəisi, polis kapitanı X7 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki “Kapital Bank”ın bankomatından X3 məxsus bank kartından avans şəklində 100 manat və xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən “Kapital Bank”ın bankomatından X6 məxsus bank kartından avans şəklində 200 manat pul çıxartmışdır. Bu faktla bağlı inzibati qaydada araşdırılma aparılmış, nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərini pozması müəyyən edildiyindən, o, sonuncunun barəsində inzibati qaydada tədbir görülməsi üçün inzibati xəta haqqında MN 0665279-1208 və MN ******* saylı xx.xx.2020-ci il tarixli protokolu tərtib etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilərək, izahatında bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki “Kapital Bank”ın bankomatından X3 məxsus bank kartından avans şəklində 100 manat pul çıxartmışdır. Bundan əlavə xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Kapital Bank”ın bankomatından X1 məxsus təqaüd kartından avans şəklində 200 manat pul çıxartmışdır. Bundan əlavə eyni qaydada xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Araz” marketin yaxılığında olan “Kapital Bank”ın bankomatından Zərərçəkmiş şəxs məxsus bank kartından avans şəklində 100 manat pul çıxartmışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən “Kapital Bank”ın bankomatından X6 məxsus bank kartından avans şəklində 200 manat pul çıxartmışdır. Halhazırda etdiyi hərəkətdən peşmandır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə onu aldadaraq “Araz” marketin yaxılığında olan “Kapital Bank”ın bankomatından ona məxsus bank kartından avans şəklində 100 manat pul çıxartmışdır. Bunu 1 ay sonra bilmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X8 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən “Kapital Bank”ın bankomatından ona məxsus bank kartından avans şəklində 200 manat pul çıxartmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin sahə rəisi, polis leytenantı X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN ******* və MN ******* saylı xx.xx.2020-ci il tarixli, eyni zamanda Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN 0665279-1208 və MN ******* saylı xx.xx.2020-ci il tarixli protokollar, özünün izahatı, zərərçəkmiş şəxslərin izahatları və iş materiallarına əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilir. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü kimi həbs tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İnzibati həbsin əvvəli xx xxxx 2020-ci il, saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada həbs müddətinin əvvəli xx.xx.2020-ci il saat 18:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №3(060)-1328/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1328/2020
17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver