Məhkəmə qərarları › İş №3(060)-1329/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1329/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1329/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Qida X3-X14nin İnzibati işlər və Təsərrüfat sektorunun məsləhətçisi X5 iştirakı ilə, Azərbaycan Respublikası Qida X3-X14nin 29 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X7 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida X3-X14nin 29 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində şərti cərimə edilmişdir. Həmin qərardan narazı qalan X10 şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətlə birlikdə, X10 qeyd olunan qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müaciət etmişdir. X2 buraxılmış prosessual müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, qərar 29 may 2024-cü il tarixdə qəbul edilsə də, həmin qərarla Sumqayıt şəhəri üzrə İcra İdarəsində cərimə tələb edildiyi vaxt tanış olmuşdur. Belə ki, həmin iş üzrə xx.xx.2025-ci ildə tələbin könüllü icrası barədə bildiriş tərtib edilmiş bə həmin bildiriş ona xx.xx.2025-ci ildə təqdim edilmişdir. Göstərilənlərə əsasən Qida X3-X14 rəisinin 29 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət vermə müddətinin ötürülməsinin üzürlü hesab edilərək bərpa edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 vəsatətini müdafiə edərək bildirmişdir ki, o qərarı 29 may 2024-cü il tarixdə rəsmi qaydada almışdır. Bu barədə təqdim edilən qəbzdə olan imza da ona məxsusdur. Həmin vaxt ona bildirmişlər ki, aşkar edilmiş nöqsanlar bir ay müddətində aradan qaldırılarsa qərar qüvvəyə minməyəcək. O, icrayə götürdüyü yerin sahibinə bu barədə məlumat vermiş, lakin nöqsanlar aradan qaldırılmadığı üçün qərar qüvvəyə minmiş və icraya göndərilmişdir. O qərarın qüvvəyə minməsi barədə icra idarəsində məlumatlı olmuşdur. Göstərilən halları nəzərə alaraq buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Qida X3-X14nin İnzibati işlər və Təsərrüfat sektorunun məsləhətçisi X8 vəsatətlə razılaşmayaraq bildirmişdir ki, Qida X3-X14nin 29 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı elə həmin tarixdə də X9 rəsmi qaydada təqdim edilmişdir. Bu barədə müvafiq qəbz də mövcuddur və qəbzi məhkəməyə təqdim edir. Göstərilən halları nəzərə alaraq şikayət vermə müddətinin bərpası barədə vəsatətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatətin dəlillərini, eləcə də iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərarın rəsmi qaydada təqdim edilməsini sübut etmə vəzifəsi qərarı qəbul etmiş orqanın üzərinə düşür. İndiki halda qərar qəbul etmiş orqanın nümayəndəsinin təqdim etdiyi qəzbə əsasən mübahisələndərilən qərar qəbul edildiyi tarixdə yəni 29 may 2024-cü il tarixdə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi səlahiyyətli orqan üzərinə düşən vəzifəni yerinə yetirərək qəbul edilmiş qərarın 29 may 2024-cü il tarixdə şikayətçiyə rəsmi qaydada təqdim edilməsini təsdiq edən sənədi (qəbzi) məhkəməyə təqdim etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qərarın rəsmi qaydada təqdim edildiyi 29 may 2024-cü il tarixdən sonra 10 gün müddətində qərardan şikayət verilməməsinin üzrlü səbəbləri barədə şikayətçi məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Şikayətçi Agentlik tərəfindən verilmiş göstərişlər yerinə yetirildiyi halda cərmənin tətbiq edilməyəcəyi, qərarın bir ay sonra qüvvədən düşəcəyi barədə ona izah verilməsi ilə əsaslandırmışdır. Məhkəmə şikayətçinin dəlilinə münasibətdə qeyd edir ki, qəbul edilmiş qərarda onun rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilə biləcəyi izah edilmişdir. Qərardan bu müddət ərzində şikayət verilməsi həm də qanunveriliyin tələbidir. Qərarda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət təyin edilmiş, bu müddət ərzində hüquqpozma aradan qaldırıldığı halda şərti tətbiq edilmiş inzibati cərimənin ödənilməyəcəyi, əks halda isə şərti tətbiq edilmiş inzibati cərimənin ödənilməli olması qeyd edilmişdir. Qeyd edilən hallar isə qərarın bir ay sonra qüvvəyə minməsi, yaxud hüquqpozma aradan qaldırılarsa qüvvəyə minməməsi anlamına gəlmir. Qərar hər bir halda rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün sonra qüvvəyə minir. Sadəcə törədilmiş hüquqpozma qərarda müəyyən edildiyi vaxta aradan qaldırıldığı halda şərti tətbiq edilmiş cərimə ödənilmir. Azərbaycan Respublikasının İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida X3- X14nin 29 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarını X10 29 may 2024-cü il tarixdə rəsmi qaydada qəbul etdiyi və buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən bu barədə vəsatət rədd edilərək müddət bərpa edilməməli, həmin qərarda X10 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida X3-X14nin 29 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X7 vəsatəti rədd edilsin və buraxılmış prosessual müddət bərpa edilməsin. Azərbaycan Respublikası Qida X3-X14nin 29 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından X10 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar