Məhkəmə qərarları › İş №3(060)-133/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-133/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-133/2022 13.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNH inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, yeni y/m, məhəllə 7 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li, 13 yanvar 2022-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs S.Vurğun küçəsində qarşısında sürətini azaldan Chevrolet Cruze markalı 10LY518 dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəyməklə arxa hissəsiylə toqquşmuş, yoxlama zamanı məlum olmuşdur ki, sürücünün sürücülük hüququ 01.11.2021-ci il tarixində 6 ay müddətinə məhdudlaşdırılmışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNH inspektoru, polis kapitanı X2 göstərdi ki, Şəxs S.Vurğun küçəsində qarşısında sürətini azaldan Chevrolet Cruze markalı 10LY518 dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəyməklə arxa hissəsiylə toqquşmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, sürücünün sürücülük hüququ 01.11.2021-ci il tarixində məhdudlaşdırılmışdır. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, etibarnamə ilə idarə etdiyi Mercedes markalı 10RM241 dövlət qeydiyyat nişanlı maşınla 12.01.2022-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində qarşısında sürətini azaldan Chevrolet Cruze markalı 10LY518 dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəyməklə arxa hissəsiylə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Əməlindən peşmandır, himayəsində iki uşağı var. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan nəqliyyat vasitəsinin BD seriyalı, 190529 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz 190 minik markalı, ** RM *** qeydiyyat nişanlı avtomobil Babayeva Əntiqə Əsgər qızına məxsusdur. İş materiallarında olan “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə”nin surətindən görünür ki, Mercedes Benz 190 minik markalı, ** RM *** qeydiyyat nişanlı avtomaşının sahibi Babayeva Əntiqə Əsgər qızı Sumqayıt şəhəri 1 saylı notariat ofisində həmin avtomaşına sərəncam verilməsi və s. ilə bağlı Şəxs 1 (bir) il 2 (iki) ay müddətinə etibarnamə vermişdir. İş materiallarında olan arayışa əsasən Sumqatıt Şəhər məhkəməsinin 01.11.2021ci il tarixli qərarı ilə Şəxs sürücülük hüququ məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmədə müəyyən edildi ki, Şəxs 12.01.2022-ci il tarixdə saat 17:30 radələrində ona etibar edilən Mercedes Benz 190 minik markalı, ** RM *** nömrəli avtomaşını sürücülük vəsiqəsi olmadan idarə etmiş, S.Vurğun küçəsində qarşısında sürətini azaldan Chevrolet Cruze markalı 10LY518 dövlət qeydiyyat nişanlı avtomaşınla ara məsafəsi saxlamayıb arxa hissəsi ilə toqquşmuşdur. Bu işdə olan sübutlarla təsdiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin 2-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvaylarıvə trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Həmin Qanunun 34-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutlmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində iki uşağının olması, əməlindən peşman olmasıdır, məsuliyyətini ağırlaşdiran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar