Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1330/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikası Dini X6 Dövlət Komitəsi Sumqayıt Bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi, 2-ci dərəcə dövlət qulluqçusu X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dini X6 Dövlət Komitəsi Sumqayıt X3 daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dini X6 Dövlət Komitəsi Sumqayıt Bölgəsi üzrə Şöbə müdiri X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 13 may 2023-cü il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə şöbəyə məlumat vermədən Sumqayıt şəhəri, Çinarlı küçəsi, 1687 nömrəli bağ evində dini yığıncaq, dini mərasimlərin keçirilməsi – 30 nəfərdən cox şəxsə, 7 azyaşlıya dini söhbətlər aparmışdır. Protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikası Dini X6 Dövlət Komitəsi Sumqayıt Bölgəsi üzrə Şöbə müdiri X2 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Çinarlı küçəsi, 1687 nömrəli bağ evində dini yığıncaq, dini mərasimlərin keçirilməsi – 30 nəfərdən cox şəxsə, 7 azyaşlıya dini söhbətlər aparmışdır. Azərbaycan Respublikası Dini X6 Dövlət Komitəsinin və digər qurumların əməkdaşları ilə birgə həmin bağ evinə baxış keçirilmiş, qanunsuz dini toplantı keçirilməsi aşkar olunmuşdur. Toplantı keçirilməsi üçün dini icmanın rəsmi fəaliyyət göstərməsi lazımdır. Hətta rəsmi qeydiyyatda olan dini icma olsa belə həmin dini icmanın hüquqi ünvanında toplantılar keçirilə bilər. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, 20 ilə yaxındır Sumqayıt şəhərində “Dayaq” xeyriyyə ictimai Birliyinin təsisçisidir. Hal-hazırda da mütəmadi olaraq hər ay 140 ailəyə maddi dəstək göstərirlər. “Yaşat” fondu ilə əlaqəli fəaliyyət göstərirlər. “Yaşat” fondunun veb səhifəsində “Dayaq” xeyriyyə ictimai Birliyinin loqosu vardır. Son Qarabağ müharibəsinin şəhid və qazi ailələrinə 470000 (dörd yüz yetmiş min) manat vasitəli nağd köməklik göstərən qurumdur. Onun bağ evində yığışaraq quran oxuduqlarını və xeyriyəçəlik işləri ilə bağlı müzakirələr edirlər. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə şöbəyə məlumat vermədən Sumqayıt şəhəri, Çinarlı küçəsi, 1687 nömrəli bağ evində dini yığıncaq, dini mərasimlərin keçirilməsi – 30 nəfərdən cox şəxsə, 7 azyaşlıya dini söhbətlər aparmışdır. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 516.0.2-ci maddəsi ilə tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1330/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1330/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver