Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1330/2025 17.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərarından şikayət verilən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 yol patrul xidməti inspektoru, polis baş serjantı X3, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarla Elçin Hüseynov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Elçin Hüseynov məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs Elçin Hüseynov şikayətini onunla əsaslandırmışdır ki, İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəməyə müraciət etməkdə məqsədi odur ki, barəsində protokol tərtib edilən gün Sumqayıt şəhərində avtomobili ilə yolayrıcında dayandığı vaxt arxadan gələn təcili tibbi yardım avtomobili səsgücləndiricidən və sayrışan işıqlardan istifadə edərək ona yol verməsini tələb etmişdir. Həmin vaxt o, heç bir qəza şəraiti yaratmadan təcili tibbi yardım avtomobilinə yol vermişdir. Yol verməkdə məqsədi təcili tibbi yardım avtomobilində ola biləcək şəxsin tezliklə xəstəxanaya çatdırılmasına imkan verməsi olmuşdur. Həmin anda svetoforun işığının yanıb sönməsi fikrində olmamışdır. Heç bir qəza şərait yaratmamışdır. Qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Elçin Hüseynov şikayəti müdafiə edərək bildirdi ki, 1 iyun 2025-ci il tarixdə idarə etdiyi “CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİK MİNİK” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən və yolayrıcına daxil olmamışdan əvvəl arxadan gələn təcili tibbi yardım avtomobilinin sürücüsü səsgücləndirici və sayrışan işıqlardan istifadə edərək hərəkətə davam edə bilməsi üçün yol verilməsini tələb etmişdir. Bu zaman xüsusi təyinatlı avtomobilə yol vermək üçün qırmızı işıqda keçmək məcburiyyətində qalmışdır. Yolun sağ zolağında da avtomobillərin hərəkəti olmuşdur. Qeyd olunanların nəzərə alınmasını və barəsində qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi yol patrul xidməti inspektoru, polis baş serjantı Elvin Yusifov izahatında Elçin Hüseynov barəsində protokolu özü tərtib etdiyini bildirmişdir. Qeyd edir ki, şikayətçinin idarə etdiyi avtomobilin yanında arxadan gələn təcili və təxirəsalınmaz tibbi yardım avtomobilin keçməsi və hərəkətinin davam etdirməsi üçün kifayət qədər yer olmuş, buna baxmayaraq Elçin Hüseynov qırmızı işığın tələbini pozaraq hərəkətinə davam etmişdir. Bildirir ki, sürücüyə saxla işarəsi versə də, o, avtomobili bir qədər getdikdən sonra məhəllənin içərisində saxlamışdır. Təhlükəsizlik şəhər kamerasında qeydə alınmış görüntüyə özü də baxış keçirmiş, aydın şəkildə həmin sürücünün svetoforun qırmızı işığına məhəl qoymadan keçdiyini müəyyən etmişdir. Məhkəmə iclasında polis baş serjantı Elvin Yusifov ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, həqiqətən də təcili tibbi yardım avtomobili yolayrıcına daxil olarkən səsgücləndicidən istifadə edərək öndə olan avtomobillərdən yol verilməsini tələb etmişdir. Lakin sayrışan işıqdan istifadə edildiyini xatırlamır. Bir daha bildirir ki, təcili yardım avtomobili birinci işıqfordan ikinci işıqfora keçərkən səsgücləndiricidən (“danq danq”) istifadə etmişdir. Qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Elçin Hüseynov TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarla İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında yol patrul xidməti inspektoru tərəfindən təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən şikayətçi Elçin Hüseynovun həqiqətən də “CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİK MİNİK” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu, onun yalayrıcına daxil olmamışdan öncə arxasında sayrışan işıqlardan istifadə etməklə yolayrıcına daxil olaraq hərəkət etmək istəyən təcili tibbi yardım avtomobilinin hərəkət etdiyi müəyən edilmişdir. Həmin vaxt Elçin Hüseynovun yolu boşatmaqla hərəkətini davam etdirdiyi, yolayarıcına daxil olaraq arxası ilə gələn təcili yardım avomobilin də həmin istiqamətdə hərəkət edib yoluna davam etdiyi müəyyən edilmişdir. Videogörüntüyə təkrarən baxış keçirilsə də, işıqforda həmin vaxt hansı rəngli işığın yandığını və ya təcili yardım avtomobilinin yoluna davam etməsi üçün imkanının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa görüntülər təhlükəsiz şəhər kamerasından götürüldüyündən səs yazılarının qeydiyyatı aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Məhkəmə qərardan şikayət verən şəxs Elçin Hüseynovu, protokol tərtib etmiş inspektoru dinləyib, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında əldə edilmiş sübutları tədqiq edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Bundan başqa “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsinə əsasən, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Hər bir vəziyyətdə o, nizamlayıcının siqnallarına tabe olmalıdır. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, hərəkətin digər iştirakçıları sağa dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından müəyyən edilmişdir ki, sürücü Elçin Hüseynov “CHANGAN QİYUAN Q05 PLUG-İN HİBRİK MİNİK” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolayrıcına daxil olmamışdan öncə onun gerisi ilə sayrışan işıq siqnallarından istifadə etməklə yolayrıcına daxil olaraq hərəkət etmək istəyən təcili tibbi yardım avtomobili də həmin istiqamətdə hərəkət etməyə cəhd etmiş, həm Elçin Hüseynovun özünün, həm də protokol tərtib edən inspektorun bildirdiyi kimi səsgücləndiricidən istifadə etməklə yol verilməsi tələbini eşitdikdən sonra təcili yardım avtomobilinə yol vermək və yolu boşaltmaq üçün yolayrıcına daxil olaraq hərəkətini davam etdirmiş, təcili yardım avtomobili arxası ilə həmin istiqamətdə hərəkət edərək getmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə təqdim edilmiş videogörüntünü Elçin Hüseynovun təqsirsizliyini sübut edən mötəbər sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata eyni zamanda inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə hesab edir ki, Elçin Hüseynovun hadisə vaxtı əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, o, “Yol hərəkəti haqqında” qanunun 74-cü maddəsinin tələblərinə əməl etməklə üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin yaxınlaşdığını görüb, təhlükəsiz şəkildə sola dönərək zolağı boşaltmışdır. Yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Elçin Hüseynov barəsində Sumqayıt şəhər Dövlət X7 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İXM-nin 53.1.2, 134.1.3-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Sumqayıt şəhər Dövlət X7 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1330/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1330/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver