Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1334/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan v Sumqayıt şəhəri, 8-ci mikrorayonda mebel sexində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə 19 may 2023-cü il tarixli MN №li ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Tibb Mərkəzi PAŞ-nin tabeliyində olan TTYS-da narkoloji test müayindəsindən keçirilən zaman narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 19 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi X6 izahatında göstərdi ki, Şəxs “Sumqayıt Tibb Mərkəzi”ndə təcili yardım, sanitar vəzifəsində işləyərkən xx.xx.2023-cü il tarixdə Sumqayıt Tibb Mərkəzi PAŞ-nin tabeliyində olan TTYS-da narkoloji test müayindəsindən keçirilən zaman narkotik vasitə hesab edilən “kanabist”dən istifadə etməsi aşkarlanmışdır. Daha sonra onun Sumqayıt RND-nə aparılmış müayinə olunaraq A/392 saylı protokol ilə narkotik vasitə olan “marixuana” istifadə etməsi aşkar olunmuşdur. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə cinayət işinin başlnmasının rədd edilməsi barədə qərar qəbul edilərək İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-nə göndərilmiş və tərəfindən Şəxs barəsində İXM-nin 206cı maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə gətirmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, “Sumqayıt Tibb Mərkəzi”ndə təcili yardım, sanitar vəzifəsində işləyərkən xx.xx.2023-cü il tarixdə Sumqayıt Tibb Mərkəzi PAŞ-nin tabeliyində olan TTYS-da narkoloji test müayindəsindən keçirilən zaman onda narkotik vasitə hesab edilən “kanabist”dən istifadə etməsi aşkarlanmışdır. Hazırda törətdiyi əməldən peşiman olmasını, qardaşı X1 2-ci Qarabağ döyüşlərində şəhid olmasını bildirərək ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxs Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 1615/K saylı rəyində göstərilmişdir ki, Şəxs götürülmüş qan və sidik nümunələrində tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. İş materiallarında olan 21 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 093583 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə hərbi əməliyyatlar zamanı törənmiş zədələnmələr nəticəsində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin oktyabr ayının 21-ci günündə 788№ ilə qeyd edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X5 Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərancamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə tələtif olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X5 Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərancamı ilə ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”medalı ilə tələtif olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X5 Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərancamı ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə tələtif olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X5 Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərancamı ilə ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə tələtif olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X5 Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli 2724 nömrəli Sərancamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə tələtif olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X5 Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 05 noyabr tarixli 2987 nömrəli Sərancamı ilə ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə tələtif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını, qardaşı X1 2-ci Qarabağ müharibəsində şəhid olmasını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, qardaşı X1 2-ci Qarabağ müharibəsində şəhid olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icra edilir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300,00 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1334/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1334/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver