Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1335/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Ağamalıyev Fərid Mayis oğlunun iştirakı ilə xx.xx.1996-cı ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Siyəzən şəhəri, Əliağa Vahid 132 ünvanında yaşayan Ağamalıyev Fərid Mayis oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağamalıyev Fərid Mayis oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 332.1 və 332.4-ci maddələri ilə inzibati xəta haqqında AP seriyalı ******* №-li, 19.04.2021-ci il tarixli protokol tərtib olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 tərəfindən göndərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* №-li, 19.04.2021-ci il tarixli protokol Sumqayıt Şəhər Məhkəməsinin icraatına götürülmüşdür. Protokoldan görünür ki, sürücü Ağamalıyev Fərid Mayis oğlu Sumqayıt Yeni Bulvar küçəsində qarşısında sola geriyə dönmək istəyən Toyoto Prado markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əks istiqamətə çıxmaqla qabaq sol yan hissəsindən toqquşmuşdur. Yoxlama zamanı Ağamalıyev Fərid Mayis oğlunun sürücülük vəsiqəsi olmadığı müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ağamalıyev Fərid Mayis oğlunun əməli, barəsində tərtib olunmuş 19.04.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağamalıyev Fərid Mayis oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, 17.04.2021-ci il tarixdə saat 20:40 radələrində tanışım X1 məxsus olan “Mercedes” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt Yeni Bulvar küçəsində qarşısında hərəkət edən Toyoto Prado markalı avtomaşın sola geriyə dönərkən qoşa xəttin tələbini pozub əks istiqamətli hərəkət zolağına çıxıb həmin avtomaşının qabaq sol tərəfindən toqquşmuşdur. Həmçinin sürücülük hüququnun olmadığını bildirdi. Hal-hazırda o, tərətdiyi əməldən peşmandır. Ona görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan hərbi biletin surətində görnür ki, Ağamalıyev Fərid Mayis oğlu 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Ağamalıyev Fərid Mayis oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağamalıyev Fərid Mayis oğlunun əməlindən peşman olmasını və 2-ci Qarabağ müharibəsində iştirak etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. İnzibati xəta haqqında işə baxılarkən Ağamalıyev Fərid Mayis oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ağamalıyev Fərid Mayis oğlu yol hərəkəti qaydasını pozaraq avtomaşınla toqquşmuş və yoxlama zamanı Ağamalıyev Fərid Mayis oğlunun sürücülük vəsiqəsi olmadığı müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağamalıyev Fərid Mayis oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1335/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1335/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver