Məhkəmə qərarları › İş №3(060)-1339/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1339/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1339/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, X5 sürücü işləyən, Qubadlı rayonu, Muradxanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 1, mənzil 55-də yaşayan (FİN-ACBXM12) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında 22 may 2023-cü il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 12:20 radələrində Sumqayıt şəhər DYPŞ-nin qarşısında polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin polis sahə rəisi, polis leytenantı X3 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 12:30 radələrində tanışı Yaquba məxsus LADA 21015 markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobili Sumqayıt Şəhər Dövlət Yol Polis Şöbəsinin işçiləri tərəfindən cərimə meydançasına qoyulduğu üçün dostu Qəzənfər Əliyevə dəstək üçün oraya getmişdir. Qəzənfər Əliyev YPŞ-də olmuşdur, o Qəzənfərə zəng etdikdə onu da içəri dəvət etmiş, şöbəyə daxil olmuş, orada bildirmişlər ki, Bölməyə getməlidir. O da onlarla razılaşmış, onu 4-cü PB-nə gətirmişlər. Orada ona təsir edərək izahat yazdırmışlar. Amma əslində heç bir qanun pozuntusuna yol verməmişdir. 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, Şəxs heç bir xəta törətməmişdir, həmin gün özü könüllü olraq polis bölməsinə getmişdir. Polislər sözlərlə ona təzyiq göstərib, onu hədələmişlər, onun əməllərində İXMnin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur, ona görə də icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Şahid1 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə 2019 çağırışlı avtopatrulda polis baş leytenantı, baş inspektor Şahid2lə xidmətdə olan zaman VAZ 21015 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr qaydalarını və yol hərəkəti qaydalarını dəfələrlə, kobul surətdə pozduğu üçün tərəflərindən “saxla” işarəsi verilmiş, sürücüyə yaxınlaşıb özünü təqdim edib, qayda pozuntularını sürücüyə izah etmiş və nəqliyyat vasitəsini Sumqayıt Şəhər DYPŞ-nin müvəqqəti duracağına yerləşdirmişlər. Bu zaman 12:20-də həmin nəqliyyat vasitəsinin sürücüsünün tanışı Sumqayıt DYPŞ-nin qarşısına gələrək orada onlarla mübahisə edib onları nalayiq ifadələrlə təhqir etmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, o onların qanuni tələblərinə məhəl qoymamışdır. Həmin şəxsi bölməyə dəvət etsələr də bölməyə getməkdən imtina etmişdir. Bu zaman onlar həmin şəxsi məcburi qaydada maşına əyləşdirərək 4-cü PB-nə təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 tərtib edilmiş raporta uyğun izahat verdilər. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Şəxs “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş və X2 İctimai Birliyinin üzvüdür. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olması, Vətən müharibəsi iştirakçısı olması və “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilməsidir, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarından görünür ki, Şəxs inzibati xətanı xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 10:40-da azad olunmuşdur. Bu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:50-dən xx.xx.2023-cü il tarixdə saat 10:40dək tutulduğu müddət nəzərə alınsın və üzərində qəti olaraq 100 (bir yüz) manat cərimə tənbehi saxlanılsın. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar