Məhkəmə qərarları › İş №3(060)-1342/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1342/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1342/2022 25.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi polis leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-cı ildə Ermənistan SSR, Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 25 may 2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi polis leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətnda İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seryalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, 26.04.2022-ci il tarixdə axşam saatlarında vətəndaş Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri Y/M-də yerləşən yaşadıqları evdə Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 2ci polis bölməsinin sahə rəisi polis leytenantı X4 tətib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o 8 ildir ki, Şəxs ilə evli olmuşdur. Bu yaxınlarda nigahları pozulmuşdur. Şəxs hər gün evə sərxoş halda gəlib onu döyərək evdən çölə çıxartmışdır. Hadisə günü Şəxs sərxoş halda evə gəlmiş, qanşuya olan borcunu ödənməsini bildirdikdə onu elektrik naqili ilə boynunun ön səthindən, sol budunun yuxarı bayır səthindən vuraraq ona xəsarətlər yetirmişdir. Hazırda o, şikayətçidir, Şəxs barəsində məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2014-cü ilin fevral ayında ailə həyatı qurmuş, bu onun ikinci evliliyi olmuş, birinci evlilikdən 1 oğlan övladı, ikinci evlilikdən isə 1 qız övladı vardır. Hadisə günü evə gələrkən Elnarə durduq yerə onun birinci evlilikdən olan oğluna şər atmağa başlamış, daha sonra onun ünvanına nalayiq ifadələr işlətmişdir. Mübahisəyə səbəb kimi Elnarənin özü və oğlunu təhqir etməsi, nalayiq ifadələr işlətməsi olmişdur. Lakin o Elnarəyə heç bir bədən xəsarəti yetirməmişdir, onu döyməmişdir. Elnarə yalan danışır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin TŞ-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülərək xəsarət alması alınmış izahatlar və ekspert rəyi ilə öz təsdiqini tapsa da, möcvud qanunvericiliyə görə Şəxs Zərərçəkmiş şəxs yetirmiş olduğu xəsarətlər dərəcəsinə görə cinayət tərkibi yaratmamışdır. Şəxs Zərərçəkmiş şəxs yetirmiş olduğu xəsarətlər dərəcəsi təyin edilmədiyindən İXM-nin 157-ci maddəsi ilə döymə hesab edilmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X3 HK- 1/451 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, ekspert rəyi, zərərçəkənin izahatı ilə öz təsdiqini tapır. Buna görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar