Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1342/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 07:03 radələrində “Opel Zafira minik” markalı, **- DL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, “Cavid” Ticarət Mərkəzinin yanında X1 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X11 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hadisə səhər kursa işə gedən zaman baş vermişdir. Səhər saat 07:03 radələrində avtomobili arxaya verərək iş yoldaşını götürmək istəmiş, həmin vaxt zərərçəkmiş şəxs piyada keçidini keçib sola baxmış, sağa baxmamış, avtomobil yüngül şəkildə həmin şəxsə toxunmuşdur. O, həmin şəxsə yaxınlaşıb xəstəxanaya getməyə ehtiyacı olub-olmadığını soruşmuş, həmin şəxs ehtiyac olmadığını, getməsini demişdir. O da həmin şəxsə nömrəsini vermiş və lazım olarsa zəng etməsini bildirmişdir. Səhərisi gün axşam polis idarəsindən ona zəng gəlmiş, adam vurub qaçdığını bildirmişlər. O da qaçmadığını bildirmişdir. Bundan sonra zərərçəkmiş şəxslə söhbət etmək istəmiş, məlum olmuşdur ki, onu zərərçəkmiş şəxsin bacısı şikayət etmişdir. Zərərçəkmiş şəxs onla danışmamış, bacısı ilə danışmasını bildirmişdir. Bacısı ondan 500 manat pul istəmiş, o da pulunun olmadığını bildirmiş, xəstəxanaya getməyi təklif etmiş, nə xəsarəti varsa xərcini çəkəcəyini bildirmişdir. Lakin razılaşmamışlar. O da 300 manat tapıb vermiş, qalanını maaş alanda verəcəyini demiş, lakin yenə də razılaşmamışlar. O, sonra yenidən əlaqə saxlayaraq pulun hamısını verə bilməcəyini demiş, ondan məhkəmə yolu ilə alacaqlarını demişlər. Bundan sonra xəbəri olmamışdır. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Opel Zafira markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.6 və 327.8-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilmişdir. Həmin qərardan görünür ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs idarə eldiyi Opel Zafira markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə təxminən saat 07:03 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ilə üzü Səməd Vurğun küçəsi istiqamətində hərəkətdə olan zaman "Markova" geyim mağazasının yaxınlığında avtomobili geriyə doğru hərəkət etdirən zaman yolu piyada keçidindən keçməkdə olan piyada X4 ehtiyatsızlıqdan vuraraq sonuncunun "YÜNGÜL" dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. İş materiallarından görünür ki, keçirilmiş məhkəmə-tibbi ekspertizanın 463 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən X3 bədəni üzərində “sol saidin yuxarı l\3-nin arxa səthinin, sağ dirsək oynağının arxa səthinin sıyrıqları, sağ diz oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi” xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyalar) təsirindən, törənmişdir törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 10.04.25-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-sı zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olar sağlamlığa YÜNGÜL zərərvurmayan aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni zamanda zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə olunmamasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1342/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1342/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver