Məhkəmə qərarları › İş №3(060)-1343/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1343/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1343/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin 12 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 13 may 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X6 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İXM-nin 211.1-ci maddəsi üzrə barəsində tərtib edilmiş 12 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 13 may 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayətində göstərmişdir ki, o, BOKT "xxxx" QSC-nin Sumqayıt şəhər filialının müdri vəzifəsində işləyir. Sumqayıt şəhər Pİ-nin 4-cü polis bölməsinə rəis təyin edildikdən sonra bölmənin əməkdaşları dəfələrlə müəssisəyə gələrək onlara süni problemlər yaratmağa başlamışlar. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Eldar İbrahimov adlı əməkdaş iş yerinə gəlib müxtəlif sorğu-suallar etdikdən, başqa-başqa sahələr üzrə araşdırma aparırmış kimi əlavə suallar verdikdən sonra ona bildirmişdir ki, “vaksin dozalarının vurulmasına dair pasportunu təqdim et”. O, isə birinci dozanın vurdurduğunu, lakin ürəyi ilə bağlı müalicələr aldığı üçün digər dozaların vurdurmağına risk etmədiyini, həkimlərlə danışdığını, həkim digər dozaları vurdursan ürəyinə ziyan olmaz kimi rəy bildirmədikləri üçün tərəddüddə qaldığını bildirmişdir. Çox təssüflər olsun ki, onsuzda xeyli müddətdir ki, bu məqamı gözləyirlərmiş kimi barəsində 4000 manat cərimə cəzası olan protokolu tərtib etmidşir. Pandemiya dövründə xalq olaraq hər kəs maddi və mənəvi əziyət çəkmiş, cənab X5 apardığı uğurlu siyasət nəticəsində artıq yoluxmanın sıfıra düşdüyü bir vaxtda bir vətəndaş olaraq 4000 manat cərimə olunmağı 10 nəfər ailəyə baxdığı bir vaxtda onları 4-5 ay ac qoymaq deməkdir. Lakin bunların heç bir xeyri olmadı, sanki barəsində cərimə barədə qərar çıxarmağı ali bir məqsəd kimi qarşına qoyub iş yerinə gəlmişlər. Bundan sonra 3-cü dozanın məcbur olduğunu göstərən qanunu, qərarı təqdim etməsini xahiş etsə də ümumi olaraq bildirdi ki, “Siz İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmusunuz, ona görə də 4000 manat cərimə tətbiq edilmişdir”. Hesab edir ki, barəsində İXM-in 211.1-ci maddəsi üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömərli protokol və xx.xx.2022-ci il tarixli, MN ******* nömərli qərar qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 03 iyun 2022-ci il tarixə təyin edilmiş, lakin Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Kamran Hümbətov tərəfindən 13.05.202-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənəd və materialların məhkəməyə təqdim olunması ilə bağlı işin baxılması 10 iyun 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 03 iyun 2022-ci il tarixdə məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 və onun vəkili X4 şikayəti müdafiə edərək şikayətinə uyğun izahat verib Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin 12 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 13 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X6 barəsində 12 may 2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 13 may 2022-ci il tarixdə MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, 4.000,00 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X2 İXM-nin 211.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X6 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, X2 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsi müəyyən olunmur. Belə ki, 3-cü doza vaksinin vurulmaması İXM-nin 211.1-ci maddəsinin tərkibini yaratmır. Yəni 3-cü doza vaksinin vurulmaması epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması demək deyildir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin rəisi tərəfindən X6 barəsindəki 12 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 13 may 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar