Məhkəmə qərarları › İş №3(060)-1345/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1345/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1345/2022 25.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Süleymanov Peyman Məmməd oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs - X1 iştirakı ilə, xx.xx.1995-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 25.05.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 25.07.2021-ci il tarixdə X3 məxsus “SAMSUNG” markalı mobil telefonu dələduzluq yolu ilə əldə etmişdir. Bununla da, X4 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Süleymanov Peyman Məmməd oğlu tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü özünü təqsirli bilərək bildirdi ki, həqiqətən də o, 25.07.2021-ci il tarixdə X3 məxsus “SAMSUNG” markalı mobil telefonu dələduzluq yolu ilə əldə etmişdir. Əməlindən peşmandır, hadisəni törədən zaman özündə olmamışdır, həmçinin ona vaxt verilərsə vurduğu zərəri ödəyə bilər. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, Şəxs 25.07.2021-ci il tarixdə ona məxsus SAMSUNG” markalı mobil telefonu dələduzluq yolu ilə əldə etmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin, məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinin tələbini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 08.08.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru X2 qərarından görünür ki, X3 qarşı dələduzluq hərəkətləri edərək sonuncuya 450 AZN maddi ziyan vuran şəxsləri kimliyinin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXMnin 227-ci madəsi ilə tədbir görülməsi üçün tədbirlərin davam etdirilməsi məqsədilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilməsi qərara alınmış, buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 25.05.2022-ci il tarixdə, MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, həmin material 25.05.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar 08 avqust 2021-ci il tarixdə qəbul edilmiş, lakin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə toplanmış material 25.05.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş, bununla da, inzibati tənbeh verilməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsi ilə müəyyən olunmuş üç aylıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Müdafiəçi Vəkil göstərdiyi 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar