Məhkəmə qərarları › İş №3(060)-1345/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1345/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1345/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1955-ci ildə İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:20 radələrində “Chevrolet” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt-Novxanı yolu istiqamətində hərəkətdə olan zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə bədən xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, protokolun tərtib edilməsinə əsas olan qərar Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir. Buna görə də hazırki işə baxıla bilməz. Bu barədə sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən 01 avqust 2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və “Chevrolet” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respubliaksı İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 6(060)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 01 avqust 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından verdiyi şikayət ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 6(105)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin 6(060)- 85/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, baş vermiş YNH-nə dair materiallar yenidən araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nə qaytarılmışdır. Göründüyü kimi Şəxs barəsində protokol tərtib edilməsinə əsas olmuş qərar ləğv edilmiş və yenidən araşdırılması üçün Sumqayıt ŞPİ-nin TŞ-nə qaytarılmışdır. Buna görə də hazırda işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Qeyd olunan hal məhkəmə baxışı zamanı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 avqust 2022-ci il tarixli, AP ******* saylı protokol və ona əlavə edilmiş materiallara mahiyyəti üzrə baxılması mümkün olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar