Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1346/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, protkolou tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidmətinin tağım komandiri, polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X3 Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2002-ci il ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “X11” MMC-də içtimai işlər üzrə sosial işçi vəzifəsində işləyən, Qubadlı rayonu, Muradxanlı ərazi dairəsi, Muradxanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polis şöbəsinin İnzibati yol patrul xidmətinin tağım komandiri, polis leytenantı X5 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında AP № ******* protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Sumqayıt şəhəri, küçə və prospektlərində nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərinin yolun səthi ilə sürtünməsi səsləri çıxararaq və yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 22 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidmətinin tağım komandiri, polis leytenantı X5 izahat verərək bildirdi ki, “Vaz 21154 minik” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili AE seriyalı 059738 nömrəli sürücülük vəsiqəsi ilə idarə edən sürücü xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində sosial şəbəkələrdə nəqliyyat vasitəsini Sumqayıt şəhəri, küçə və prospektlərində qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərinin yolun səthi ilə sürtünməsi səsləri çıxararaq və yolun səthində çoxsaylı təkər izləri buraxaraq, qırmızı işıqdan keçərək paylaşımlar etmişdir. Bu barədə şöbəyə məlumat daxil olmuş və araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, avtoxuliqanlıq hərəkətləri edən şəxs Şəxsdur. O, polis şöbəsinə dəvət olunmuş, onunla proflaktik söhbətlər aparılmış və törətdiyi əməlindən peşman olduğunu bildrimişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü avtoxuliqanlıq hərəkətləri etməkdə təqsirli bilərək izahatında göstərdi ki, o, dostuna məxsus idarə etdiyi “Vaz 21154 minik” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində nəqliyyat vasitəsini Sumqayıt şəhəri, küçə və prospektlərində dəfələrlə sivetoforun qadağan edici işıqında keçərək ziqzaqvari hərəkətlər edərək qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərinin yolun səthi ilə sürtünməsi səsləri çıxararaq və yolun yolun səthində çoxsaylı təkər izləri buraxaraq sosial şəbəkədə paylaşım etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Qeyd olunanların nəzərə alınmaqla barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X6 ifadəsində bildirdi ki, “Vaz 21154 minik” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Sumqayıt şəhəri, küçə və prospektlərində qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərinin yolun səthi ilə sürtünməsi və sivetoforun qadağan edici işığında davamlı olaraq keçməsi ilə əlaqədar efir vasitəsi ilə ona məlumat verilmişdir. Təxminən saat 10:30 radələrində nəqliyyat vasitəsini Sumqayıt şəhəri, Çerkassi küçəsində sonuncu hərəkəti olan təkərlərinin yolun səthi ilə sürtünməsi səsləri çıxardığını vizual olaraq görərək tərəfindən saxlanılmışdır. Sürücü qeyd olunan əməllə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkət etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi, şahidi dinləyib, iş materialına əlavə olunmuş DVD diskə baxaraq, inzibati materiallara əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddələr üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, “Vaz 21154 minik” markalı **-CB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə avtoxuliqanlıq yəni, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılman hərəkətlər edilmişdir. İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Suqmayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla o, 500,00 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilən Şəxsə Suqmayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Suqmayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1346/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1346/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver