Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1350/2022 26.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Mehman Əsədovun, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs və X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və müdafiəçi Sumqayıt Regional vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, 26.05.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs 15.05.2022-ci il tarixdə, saat 23:00 radələrində ünvan 2 ünvanında keçmiş arvadı Zərərçəkmiş şəxs və xalası X2 döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Mehman Əsədov bildirdi ki, Abşeron rayonu Saray qəsəbəsi M.F.Axundov küçəsi ev-43 də yaşayan Şəxs 15.05.2022 ci il tarixdə, saat 23 radələrində ünvan 3 ünvanında keçmiş arvadı Zərərçəkmiş şəxs və xalası X2 döyərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərətmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahlar Səfərov tərəfindən 23.05.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, keçmiş arvadı Zərərçəkmiş şəxs Əlisgəndər qızının hal hazırda yaşadığı Sumqayıt şəhəri 13-cü mkr ev-27a mən-18 də yerləşən ev hal hazırda mülki mübahisəli olduğuna görə məhkəmədədir və həmin evdə onunda yaşamaq hüququ vardır. O səbəbdən həmin evə gəlmiş və orada olan Lamiyə və xalası İradə ilə arasında münaqişə baş vermişdir. O mənzilə azyaşlı oğlu ilə birlikdə getmiş, anasının oğlu ilə görüşməsinə şərait yaratmaq istəmişdir. Bu zaman keçmiş həyat yoldaşı Lamiyə və xalası İradə qapını açaraq ona nalayiq söyüşlər söymüş onu təhqir etmişlər. Bunların nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, 2021-ci il tarixdə həyat yoldaşı Şəxs ilə boşanmışlar və övladı onun razılığı ilə atasında qalır. Boşandıqları vaxtdan dəfələrlə ailə münaqişələri baş vermişdir. 15.05.2022 ci il tarixdə Şəxs yenə onun yaşadığı evə gəlmiş onu və onunla yaşayan xalası Əliyeva İradə ilə münaqişə etmiş, onun saçından tutaraq onu döymüş, xalasının isə sifətinə şillə ilə vurmuşdur. Şəxs hər dəfə onun evinə gələrək onu narahat etməməsi üçün məhkəmədən onun həbs edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən digər zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxs onun bacısı qızı Lamiyənin keçmiş həyat yoldaşıdır. Onlar rəsmi olaraq ayrılsalar da birgə nikahdan olan uşaqları Lamiyənin razılığı ilə atası Nərimanın yanında qalır. Nəriman Lamiyənin yaşadığı ünvana gələrək mütəmadi narahat etdiyi üçün o da gəlib tək qalmasın deyə bacısı qızı Lamiyənin yanında qalır. 15.05.2022 ci il tarixdə yenə də 13 cü mkr ev-27a mən-18-də olan zaman Nəriman ünvana gəlmiş və onlarla mübahisə edərək onun sifətinə şillə ilə vurmuş və Lamiyənin isə saçından tutaraq hər ikisini döymüşdür. Şəxs həbs edilməsini məhkəmədən xahiş edir. İşdə olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahmar Səfərov tərəfindən qəbul edilmiş 23.05.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nə həvalə edilmişdir. İşdə olan MTE və PA X4 şəxsindən daxil olmuş 18.05.2022-ci il tarixli, 637 saylı ekspert rəyindən aydın olur ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: boyun nahiyyənin, sol saidin, sağ saidin, sağ təpə-gicgah nahiyyənin, döş qəfəsinin ön səthinin sol yarısının, sol budun sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən yaranmışdırlar, müayinədən 1 gün əvvəl olmaqla qərarda göstərilən 15.05.2022-ci il tarixdə əmələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterlərinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vət. X1 özü-özünə yetirməsi, həmçinin də öz boyu hündürlüyündən yıxılması zamanı alınması az inandırıcıdır. İşdə olan MTE və PA X4 şəxsindən daxil olmuş 18.05.2022-ci il tarixli, 638 saylı ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: hər iki bazunun, qarın, boyun nahiyyələrinin sıyrıqları. qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən yaranmışdırlar, müayinədən 1 gün əvvəl olmaqla qərarda göstərilən 15.05.2022-ci il tarixdə əmələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterlərinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vət. Zərərçəkmiş şəxs özü-özünə yetirməsi, həmçinin də öz boyu hündürlüyündən yıxılması zamanı alınması az inandırıcıdır. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1350/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1350/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver