Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1351/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin YNHİ-u polis kapitanı X1, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Cəbrayıl rayonu Kavdar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 15.04.2021-ci il tarixdə vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 21.04.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, 27.03.2021-ci il tarixdə saat təxminən 15:45 radələrində sürücü Şəxs sərxoş vəziyyətdə idarə etdiyi avtomaşınla H.Əliyev prospekti ilə C.Cabbarlı küçəsi istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayaraq “Hyundai Accent” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə sonuncuya maddi zərər yetirmişdir. Buna görə də vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 06 aprel 2021-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərar Sumqayıt Şəhər Polis İdarəsinin DYPY-yə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Şəxs izahatında bildirdi ki, “Opel-Zafira minik” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və taksi fəaliyyəti ilə məşğuldur. 27.03.2021-ci il trixdə günorta saatlarında yaşadığı binanın həyətində avtomobildə əyləşib təxminən yanım litr araq içmiş, içdikdən sonra avtomobilə əyləşib maşını Sumqayıt şəhəri ərazisində sürmüş, sonradan xatırlamasa da “H.Əliyev” prospekində qırmızı işıqda dayanmış avtomobilləri vurmuş, halı orada pisləşdiyindən onu Sumqayıt şəhər TTYX-yə aparmışlar. Daha sonra ayıldıqda evdə olduğunu görmüş, hadisə zamanı heç bir bədən xəsarəti almadığından MTE-dən keçməkdən imtina etmişdir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 15.04.2021-ci il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs sərxoş vəziyyətdə idarə etdiyi avtomaşınla H.Əliyev prospekti ilə C.Cabbarlı küçəsi istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayaraq “Hyundai Accent” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə sonuncuya maddi zərər yetirmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, qəza baş verən zaman sürücülərin spirtli içkinin təsiri altında olub-olmadığı yoxlanan zaman Sumqayıt şəhər Narkolofi Dispanserin 27.03.2021ci il tarixli 1560 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktına əsasən “Opel-Zafira minik" markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs 1.4356 alkoqol sərxoşluğu vəziyyətinin olması və həmin Dispanserin 27.03.2021-ci il tarixli 1561 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktına əsasən “Hyundai-Accent minik” markalı 90NP-604 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 alkoqol sərxoşluğu vəziyyətinin olmaması müəyyən edilmişdir. Beləliklə, 15.04.2021-ci il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1351/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1351/2021
21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver