Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1354/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə X1 məxsus “Kia Ceed” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomaşınının 04 (dörd) təkərini cıraraq ona 600 (altı yüz) manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun əmisi oğlu Sadiq Cavadlıya 20 (iyirmi) manat pul borcu olduğu üçün xx.xx.2023-cu il tarixdə 18-ci mikrorayon dairəsində onun üstünə gələrək hədə qorxu gəlmiş, 20 (iyirmi) manat borcunu istəmiş və aralarında mübahisə baş vermişdir. Sonra ətrafda olan vətəndaşlar onları ayırmış, o da evinə getmişdir. xx.xx.2023 cu il tarixdə saat 01:00 radələrində qaldığı evin küçəsində saxlatdığı özünə məxsus “Toyoto Corolla” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa yük hisəsinin batdığını görmüş, onun əmisi oğlu Sadiq tərəfindən törədildiyini bilmiş, lakin o bu barədə şikayət etməmişdir. Səhəri xx.xx.2023 cu il tarixdə əmisi oğlu Elvinin yanına getmiş, onunla bərabər qardaşı Sadiqin qaldığı Sumqayıt şəhəri, 17 ci mikrorayon, ev 16-nın həyətinə getmişlər, Elvin yuxarı qalxmış, o isə aşağıda Sadiqin gəlməsini gözləmişdir. Lakin həmin vaxt əmisi oğlu Elvin gələrək Sadiq onun maşınını əzmədiyini bildirmiş, boynuna almadığına görə o da əsəbləşmiş, gedib evdən bıçaq götürüb gəlib Sadiqin “Kia Ceed” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomaşının 04 (dörd) təkərini bıçaqla deşib cırmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş 04 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və onun törətmiş olduğu inzibati xətaya görə isə barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün inzibati icraat işi açılmasından ötrü qərarın sürəti aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü inziabi cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X1 məxsus “Kia Ceed” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomaşınının 04 (dörd) təkərini cıraraq ona 600 (altı yüz) manat maddi ziyan vurmuşdur. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və ona həmin maddənin sanksiyası həddində ziyanın bir misli məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslərə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, ona ziyanın bir misli məbləğində yəni, 600 (altı yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq olunsun. Zərərçəkmiş şəxs X1 vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1354/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1354/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver