Məhkəmə qərarları › İş №3(060)-1356/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1356/2022

26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1356/2022 26.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsi 5-ci PB-nin sahə rəisi, polis baş leytenantı X5, Zərərçəkmiş şəxslər – X7 və X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Qubadlı rayonu, Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Qubadlı şəhərində qeydoyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, 3-cü məhəllə, fərdi yaşayış evi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 26.05.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 07.04.2022-ci il tarixdə saat 11:00 radələrində Şəxs əllə X10 və X14 döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, 26.05.2022-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi 5 PB-nin sahə rəisi, polis baş leytenantı X11 izahat verərək bildirdi ki, 07 may 2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhiqiqatçısı, polis mayoru X19 tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs, Mütalib Əhmədov, Vaqif Bağırov və Səfail Süleymanovanın barələrində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surətinin Sumqayıt ŞPİ-nin 5-ci PB-yə təqdim edilməsi qərara alınmışdır. Buna görə də Şəxs barəsində həmin faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 26.05.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, hal-hazırda yaşadığı evin 2 sota yaxın torpaq sahəsini Hilal adlı şəxsdən 800 ABŞ dolları müqabilində almış, orada öz yaşaması üçün ev tikmiş və Hilalın torpaq sahəsi ilə onun torpaq sahəsinin rasında dəmirdən hasar çəkmişdir. Təxminən bir ildən çox müddətdir ki, Hilalın həyat yoldaşı Səfail iddia edir ki, guya o, onun əri Hilalı aldadaraq torpaq sahəsini ucuz qiymətə almışdır. Onun oğlu Vaqif aralarında olan çəpəri sökərək həmin torpaq sahəsini öz həyətinə qatmış və buna gördə də aralarında mütəmadi olaraq mübahisələr baş vermişdir. O, Vaqifin sökdüyü çəpərlə bağlı ona maddi ziyan vurduğu üçün Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 07.04.2022-ci il tarixdə saat 10:45 radələrində məhkəmə tərəfindən Vaqifgilin həyətində yerli baxış keçirilmiş, yerli baxışda Vaqif, atası Hilal və anası Səfail də iştirak etmişdir. Yerli baxış zamanı Vaqif məhkəmə işçilərinə danışmağa imkan vermədiyi üçün Mütalib ona iradını bildirmiş, Vaqif də Mütalibin yaxasını tutaraq onun həyətdən çıxmasını istəmiş, Mütalib da onunla tutaşan zaman onların arasına girərək onları ayırmağa başlamışdır. Vaqif onların ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar uzun müddətdir ki qonşudular, Vaqif atasına Hilala böyük hörməti vardır və heç bir zaman ona əl qaldırmaz. Mübahisə edənləri yalnız ayırmağa çalışmışdır. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X20 izahatında bildirdi ki, 07.04.2022-ci il tarixdə saat 10:45 radələrində məhkəmə tərəfindən həyətlərinə baxış keçirilən zaman qonşuluqda yaşayan Mütalib onun oğlunu döymüş, oğlu zərbələrdən yerə yıxılmışdır. Bundan əlavə oğlu yerə yıxılan zaman Xeybərin qardaşı Mütalib oğluna təpik zərbələri də vurulmuşdur. Onları bir-birindən aralamaq istəyərkən Mütalib onu da vurmuşdur. O Xeybərin onu və oğlunu birbaşa vurmasını görməmişdir. Hazırda qonşuluqda yaşayırlar heç bir şikayəti yoxdur. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X18 izahatında bildirdi ki, 07.04.2022-ci il tarixdə saat 10:45 radələrində məhkəmə tərəfindən həyətlərinə baxış keçirilən zaman yerli baxışda o, atası Hilal, anası Səfalət və qonşusu Mütalib və Xeybər iştirak etmişdir. Onun həyətindən Mütalib və qardaşının olmasını istəmədiyi üçün onlara həyətindən çıxmasını tələb etmiş, bu zaman Mütaliblə onun arasında baş vermiş mübahisə münaqişəyə çevrilmiş, o yerə yıxılan zaman Xeybərin qardaşı Mütalib ona təpiklə zərbə endirmiş, yerdə olduğu üçün təfərrüatla hadisəni görməmiş, Xeybərin qardaşı Mütalibə onu vurmamağı bildirdiyini eşitmiş, lakin Xeybər də onu vurmuşdur. Hal hazırda Mütalibdən şikayətçidir. Məhkəmədən Şəxs barəsində ağır inzibati tənbeh növünün tətbiq edilməsini xaiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X19 tərəfindən qəbul edilmiş 07.05.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla X18, X20, Şəxs vəə X1 qarşılıqlı şikayət ərizələri əsasında toplanmış materialda cinayət tərkibi olmadı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs, Mütalib Əhmədov, Vaqif Bağırov və Səfail Süleymanovanın barələrində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surətinin Sumqayıt ŞPİ-nin 5-ci PByə təqdim edilməsi qərara alınmışdır. İş materialalrında əlavə edilmiş 07.04.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, iddiaçı X4 cavabdehlər X6, X20 və X12 qarşı amddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə 07 aprel 2022-ci il tarixdə saat 11:00 radələrində tərəflərin yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, 3-cü məhəllədə yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsində yerli müayinə keçirilmiş, yerli müayinənin keçirilməsində sədrlik edən hakim X2, məhkəmə iclas katibi X15 və tərəflər iştirak ettmilər. Yerli müayinə zamanı Bağıırov Vaqif iddiaçı tərəfin ünvanına nalayiq ifadələr işlətmiş, bunu eşidən iddiaçının qardaşı olduğu bildirilən Mütalib adlı şəxs kənardan yaxınlaşaraq yerli müayinəyə müdaxilə edərək mübahisə yaratmış, Mütalib və Vaqif əlbəyaxa olaraq dalaşıb bir-birlərini vurmuşlar. Onları ayırmaq istəyən iddiaçı Şəxs, cavabdehlər X6 və X20 dava-dalaşa qoşularaq bir-birlərini vurmuşlar. Mütalib adı şəxsin vurması nəticəsində Vaqif Bağırov yerə yıxılmışdır. Dava-dalaş təxminən 1-2 dəqiqə çəkmiş, sonra Xeybər və qardaşı Mütali oradan uzaqlaşmışalar. Bundan sonra cavabdeh Hilal Bağırovun sifətində tibbi maskanı çıxardıqda üz nahiyyəsində qan izləri olduğu müəyyən edilmişdir. Məhkəma tibbi ekspertizasının 07.04.2022-ci il tarixli 429 saylı rəyindən görünür ki, X7 bədəni üzərində aşağıdakı xəsatərlər aşkar edilmişdir: alnın, sağ çənəaltı nahiyyənin, sağ kürək nahiyyəsinin qançırı. Qeyd olunan xəsarələr küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla 07.04.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zzərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəma tibbi ekspertizasının 07.04.2022-ci il tarixli 428 saylı rəyindən görünür ki, X9 bədəni üzərində aşağıdakı xəsatərlər aşkar edilmişdir: “alnın, sağ kürəküstü nahiyyənin, almacıq nahiyyəsinin qançırı, sağ yanağın, sağ əlin sıyrıqları” . Qeyd olunan xəsarələr küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla 07.04.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zzərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinə əsasən İXM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati işin araşdırılan hallarında görünür ki, Şəxs zərərçəkmiş şəxsləri döyməsi faktı sübuta yetirilmir və ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar