Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1356/2023 05.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Əliyev Fikrət Hüseyn oğlu, "xxxx" Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: "xxxx" Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li, xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li və xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, "xxxx" Firması ******* Rusiya rublu məbləğində vəsaiti 07 may 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1824000,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 08 may 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bundan başqa "xxxx" Firması 292300,00 ABŞ dolları məbləğində vəsaiti 04 may 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 79222,16 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 05 may 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bundan başqa "xxxx" Firması 1469700,00 Rusiya rublu məbləğində vəsaiti 27 aprel 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1469700,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 28 aprel 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Firması-nin barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Hesab edirəm ki, "xxxx" Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li, xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li və xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1360/2023, 3(060)-1356/2023 və 3(060)-1273/2023 №-li işlər bir icraatda 3(060)-1360/2023 nömrə ilə birləşdirilməli, 3(060)-1273/2023 №-li və 3(060)- 1356/2023 №-li işlər birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li, xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li və xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1360/2023, 3(060)-1356/2023 və 3(060)-1273/2023 №-li işlər bir icraatda 3(060)- 1360/2023 nömrə ilə birləşdirilsin. 3(060)-1356/2023 №-li və 3(060)-1273/2023 №-li işlər birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilsin. "xxxx" Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında materiallar 3(060)-1360/2023 nömrə ilə məhkəmənin icraatına qəbul edilsin. İşin açıq məhkəmə baxışı 12 iyun 2023-cü il tarixə, saat 14:20-yə məhkəmə binasına təyin edilsin. Məhkəmə iclası Azərbaycan dilində aparılsın. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1356/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1356/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver