Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1359/2022 26.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Farız qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 15 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, 3-cü məhəllə, fərdi yaşayış evində yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 26.05.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, -7.04.2022-ci il tarixdə saat 11:00 radələrində Yaşıldərə massivi, 3-cü məhəllədə Şəxs əllə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.4-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, Yaşadığı həyətyanı torpaq sahəsi təxminən 2000-ci ildən atası X1 məxsusdur. Təxminən 2006-cı ildə atası onlara məxsus torpaq sahəsindən 1 sot torpaq sahəsini Zərərçəkmiş şəxs2 satmışdır. Bundan bir neçə il sonra torpaq sahələrindən Xeybərə biraz pay vermişlər və Xeybər evlərinin arasından müvəqqəti olaraq dəmir çəpər çəkərək, orada özünə tualet tikmişdir. Həmin vaxt belə razılaşmışlar ki, onlar həmin yerdən kanalizasiya xətti çəkən zaman Xeybər həmin dəmir çəpəri sökəcək. 2020ci ilin yay aylarından onlar həmin yerdən kanalizasiya xətti çəkmək istəmişlər və buna görə Xeybərdən çəpəri sökməsini istəmişlər. Lakin Xeybər və ailə üzvləri çəpəri sökmədikləri üçün aralarında münaqişlərə başlamışdır. Bundan sonra o həmin çəpəri sökmüş və Xeybərlə aralarında da hasar çəkmişdir. Xeybər də həmin dəmir çəpəri sökdüyü üçün ona 10000 manat dəyərində maddi ziyan vurduğunu iddia edərək bu barədə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi vermişdir. Bununla bağlı 07.04.2022-ci il tarixdə təxminən saat 10:45 radələrində Sumqayıt Şəhər Məhkəməsinin hakimi Almaz Süleymanova iki nəfər köməkçisi ilə yaşadığı ünvana gəlib Xeybərin şikayəti ilə bağlı həyətinə baxış keçirmişlər. Bu vaxta Xeybər və qardaşı Mütalib də həyətlərinə gəlmişdir. O da atası Hilalla həyətdə olmuşdur. Söhbət zamanı Mütalib onların söhbətə müdaxilə etməməsi üçün onun qollarından tutaraq həyətindən çıxmasını istəmişdir. Mütalib də nalayiq söyüşlər söyüb, qollarından tutaraq onu yerə yıxmış və yerdə olan zaman Xeybərlə Mütalib təpiklə bədəninin müxtəlif yerlərindən vuraraq onu döyməyə başlamışlar. Atası onları sakitləşdirmək istədikdə Mütalib sillə ilə atasının sifətindən vurmuş, Xeybər də yumruqla atasının kürəyindən vurmuşdur. Məhkəmə işçiləri onları sakitləşdirərək həyətdən çölə çıxartmışlar. O heç kəsi vurmamış, sadəcə olaraq qolundan tutub həyətindən çıxartmaq istəmişdir. Hal-hazırda zərrçəkmiş şəxslər ilə barışmışdır. Ona görə də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, 2006-cı ildə qardaşı Xeybər hazırda yaşadığı evin 2 sota yaxın torpaq sahəsini Hilal adlı şəxsdən 800 ABŞ dollarına almışdır. Onlar həmin torpaq sahəsində yaşayış evi tikmişlər və Hilalla aralarında olan yerə dəmirdən çəpər çəkmişlər. O da həmin vaxt orada yaşayırmış, lakin Hilal və ailə üzvlərinin mütəmadi münaqişəsi səbəbindən həmin evdən köçüb getmişdir. Təxminən bir ildir ki, Hilaın həyat yoldaşı Səfail iddia edir ki, guya onun əri Hilalı aldadaraq torpaq sahəsini ucuz qiymətə almışlar. Oğlu Vaqif aralarında olan çəpəri sökərək həmin torpaq sahəsini öz həyətinə qatmışdır. Buna görə də mütəmadi olaraq Xeybərlə aralarında münaqişələr baş verir. Xeybər də Vaqifin sökdüyü çəpərlə bağlı onlara maddi ziyan vurduğu üçün Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi vermişdir. 07.04.2022-ci il tarixdə saat 10:45 radələrində Sumqayıt Şəhər Məhkəməsinin hakimi Almaz Süleymanova iki nəfər köməkçisi ilə Vaqifgilin həyətinə gəlmişdir. Həmin vaxt hakim onu və qardaşı Xeybəri də ora çağırmışdır. Həmin vaxt Vaqif, atası Hilal və anası Səfail həyətdə olmuşlar. Vaqif məhkəmə işçilərinə danışmağa imkan vermədiyi üçün o Vaqifə iradını bildirmişdir. Vaqif də onun yaxasından tutaraq onu həyətdən çıxartmaq istədikdə o da Vaqifin yaxasından tutaraq onunla dartışmışdır. Vaqif sillə ilə sifətindən vurmuş və Xeybər onların aralarına girərək onları ayırmağa başlamışdır. Bu vaxt Səfail arxadan Xeybərin başından sillələrlə vurmuşdur. Vaqif isə sonradan arxadan təpiklərlə Xeybərin sol yan tərəfindən və kürəyindən vurmağa başlamışdır. Xeybər Vaqifin təpik zərbəsini tutan zaman Vaqifin ayağı sürüşüb yerə yıxılmışdır. Sonra Xeybər onu götürüb öz evinə aparmış və Vaqif yenə küçəyə çıxaraq onları söyməyə başlamışdır. Hal-hazırda Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, hazırda yaşadığı evin 2 sota yaxın torpaq sahəsini Hilal adlı şəxsdən 800 ABŞ dollarına almış, həmin torpaq sahəsində yaşayış evi tikmiş və Hilalla aralarında olan yerə dəmirdən çəpər çəkmişdir. Təxminən bir ildir ki, Hilalın həyat yoldaşı Səfail iddia edir ki, guya onun əri Hilalı aldadaraq torpaq sahəsini ucuz qiymətə almışdır. Oğlu Vaqif aralarında olan çəpəri sökərək həmin torpaq sahəsini öz həyətinə qatmış və buna görə də mütəmadi olaraq aralarında münaqişələr baş verir. O, Vaqifin sökdüyü çəpərlə bağlı ona maddi ziyan vurduğu üçün Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi vermişdir. 07.04.2022-ci il tarixdə saat 10:45 radələrində Sumqayıt Şəhər Məhkəməsinin hakimi Almaz Süleymanova iki nəfər köməkçisi ilə Vaqifgilin həyətinə gəlmiş və həmin vaxt hakim onu və qardaşı Mütalibi də ora çağırmışdır. Həmin vaxt Vaqif, atası Hilal və anası Səfail də həyətdə idilər. Vaqif məhkəmə işçilərinə danışmağa imkan vermədiyi üçün Mütalib ona iradını bildirmiş, Vaqif də Mütalibin yaxasından tutaraq onu həyətdən çıxarmaq istəmişdir. Mütalib də onunla tutaşan zaman onların arasına girərək onları ayırmağa başlamış, bu vaxt Səfail sillələrlə arxadan onun başından vurmuş, Vaqif isə arxadan təpiklərlə sol yan tərəfindən və kürəyindən vurmuşdur. O Vaqifin təpik zərbəsini tutan zaman Vaqif ayağı sürüşüb yerə yıxılmış, sonra Mütalibi götürüb öz evinə getmişdir. Vaqif yenə küçəyə çıxaraq onları söymüşdür. O və qardaşı X2 vurmamışlar. Hal-hazırda Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, Şəxs ilə barışdığını, onalar dəymiş zərərin tam ödənilməsini və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə inzibati xətaya dair materialları, tərəflərin izahatları, vəkilin çıxışı ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 12 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkilnın göstərdiyi 02 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-1359/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1359/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver