Məhkəmə qərarları › İş №3(060)-136/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-136/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-136/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 22.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün prosessual müddətin buraxılıb-buraxılmaması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 22.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin qərarın ləğv edilməsinə dair X2 tərəfindən şikayət verilmiş və inzibati xəta haqqında iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 22.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpa olunması ilə bağlı vəsatət daxil olmuşdur. İş materiallarında olan barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 vəsatəti onunla əsaslandırılmışdır ki, AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 22.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ona rəsmi qaydada təqdim olunmamışdır. Yalnız İcra məmurunun telefon zəngi nəticəsində xəbəri olmuşdur. Ona görə də, 10.01.2021-ci il tarixdə rəsmi qaydada 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmiş və yeni əldə etmişdir. Bundan başqa ona İdarədə şifahi olaraq bildirilib ki, qərar yaşadığı evə məktubla göndərilib. Ailə münasibətlərində mübahisə olduğu üçün 2 ildir həmin evdə yaşamır və ona çatmamışdır. AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 22.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iş materialında olan vəsatətdən görünür ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 22.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir, lakin prosessual müddətin üzrlü səbəblərdən buraxıldığını təsdiqləyən heç bir mötəbər sübut Məhkəməyə təqdim edilməmişdir. Buna görə də, AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 22.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpası rədd olunsun. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 tərəfindən verilmiş AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 22.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti vermə müddətinin bərpası rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar