Məhkəmə qərarları › İş №3(060)-1360/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1360/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1360/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Bakı şəhər Xətai raron Polis İdarəsinin 37-ci polis şölməsinin 23 dekabr 2020-ci il tarixli TP ******* saylı qərarının və həmin qərara əsasən hesablanmış cərimənin ləğv edilməsinə dair X1 ərizəsinə hazırlıq iclasında baxaraq müəyyən etdi: X3 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhər Xətai raron Polis İdarəsinin 37-ci polis şölməsinin polis sahə inspektoru Şahin İsmayılov tərəfindən tərtib edilmiş 23 dekabr 2020-ci il tarixli TP ******* saylı qərarının və həmin qərara əsasən hesablanmış cərimənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, X3 tərəfindən verilmiş şikayətə mübahisələndirilən qərar əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar şikayətə əlavə edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırkı ərizənin baxılmasını mümkünsüz edən hallar olduğundan məhkəməyə ərizə və ona əlavə sənədlərin geri qaytarılması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 103, 128 və 129-cu maddəsinə əsasən, məhkəmə qərara aldı: Bakı şəhər Xətai raron Polis İdarəsinin 37-ci polis şölməsinin polis sahə inspektoru Şahin İsmayılov tərəfindən tərtib edilmiş 23 dekabr 2020-ci il tarixli TP ******* saylı qərarının və həmin qərara əsasən hesablanmış cərimənin ləğv edilməsinə dair X1 şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar