Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1360/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Firmasının nümayəndəsi və vəkili Nümayəndə və nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati xəta haqqında xx.xx.2023cü il tarixli, EP seriyalı, ******* №-li, xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li və xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li protokolları əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Firması barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li, xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li və xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" Firması ******* Rusiya rublu məbləğində vəsaiti 27 aprel 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 28 aprel 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li protokol tərtib edilmişdir ona görə ki, "xxxx" Firması 292300,00 ABŞ dolları məbləğində vəsaiti 04 may 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 79222,16 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 05 may 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li protokol tərtib edilmişdir ona görə ki, "xxxx" Firması 1824000,00 Rusiya rublu məbləğində vəsaiti 07 may 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 08 may 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərardadı ilə "xxxx" Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li, xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li və xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 1273/2023, 3(060)-1356/2023 və 3(060)-1360/2023 №-li işlər bir icraatda 3(060)- 1360/2023 nömrə ilə birləşdirilmiş, 3(060)-1273/2023 №-li və 3(060)-1356/2023 №-li işlər birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilmiş, "xxxx" Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında materiallar 3(060)-1360/2023 nömrə ilə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Firmasının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, hüquqlarını müdafiə etdiyi "xxxx" Firması ilə Rusiya Federasiyasının Kirov şəhəində fəaliyyət göstərən "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli 4-E 2021 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə satıcı Rusiya Federasiyası tərəfindən istehsal olunan taxta materialı alıcının sifarişi əsasında Azərbaycan Respublikasına göndərməli, alıcı həmin malın dəyərini ödəməli idi. Müqavilənin şərtlərinə görə ödənişlər sifariş verilən zaman həyata keçirilməli idi. Bu minvalla "xxxx" Firması tərəfindən xx.xx.2021-ci il tarixdə 905000 Rubl, xx.xx.2021-ci il tarixdə ******* rubl, xx.xx.2021-ci il tarixdə ******* rubl, xx.xx.2021-ci il tarixdə ******* rubl, xx.xx.2021-ci il tarixdə 691650 rubl, xx.xx.2021-ci il tarixdə ******* rubl, xx.xx.2021-ci il tarixdə ******* rubl və xx.xx.2022-ci il tarixdə 936300 rub, cəmi olaraq ******* rub məbləğində pul vəsaiti Kirov şəhərində yerləşən Norvik Bankın satıcının hesabına köçürülmüşdür. Lakin mallar satıcı tərəfindən göndərilməmişdir. Müəyyən edilmişdir ki, şirkətin direktoru X1 olan problemlərə əlaqədar Bakı şəhərinə gəlmiş və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bundan sonra həmin şirkətlə əlaqə yaradılmağa çalışılsa da, müsbət nəticə əldə olunmamışdır. Göründüy kimi Rusiya Federasiyasının Kirov şəhərində fəaliyyət göstərən "xxxx" MMC "xxxx" Firmasının etibarından sui-istifadə edərək onun pul vəsaitini ələ keçirmişdir. Bununla bağlı "xxxx" MMC-nin ünvanına pretenziya məktubu göndərilərək vurulmuş ziyanın ödənilməsi tələb edilmişdir. Tərtib edilmiş digər protokolla əlaqədar olaraq bildirir ki, 79222,16 ABŞ dolları məbləğində vəsait hesabına olan mallar Azərbaycan Respublikası ərazisində daxil olmuşdur. Bunun Bank BTB tərəfindən verilmiş sənədlər də sübut edir. Buna görə də tətib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li protokol üzrə mallar Azərbaycan Respublikası ərazisində gətirildiyi üçün iş üzrə icraata xitam verilməsini, digər iki protokol üzrə isə materialların geri qaytarılmasını və ya göstərilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Firmasının nümayəndəsi X4 da göstərilənləri təsdiq edərək iş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Firması barəsində xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li protokol üzrə iş üzrə icraat xitam verilməli, tərtib edilmiş digər iki protokol üzrə isə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokollar və işdə olan digər sübutlarla təsdiq edildiyindən "xxxx" Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarından görünür ki, "xxxx" Firması 2 saylı Ərazi Vergilər İdarəsində ********** №-li VÖEN-lə qeydiyyatdan keçmişdir. İş materiallarında olan, “Bank BTB» ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış İH-2023/1740, xx.xx.2023-cü il tarixli, İH-2023/1568 saylı, 27 aprel 2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" Firması tərəfindən “KAPİTALBANK» QSC vasitəsilə idxal olunan malların, xidmətlərin ödənilməsi üzrə qabaqcadan ödənişlər aparılmış və ödənişlərin aparıldığı gündən iki il müddətində “Azərbaycan Respublikası rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına müvafiq olaraq ölkəyə idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasına idxal olunan nalların və xidmətlərin ödənilməsi üzrə rezident və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən iki il müddətində mal və xidmətlərin ölkəyə idxalını təsdiq edən sənədləri “KAPİTALBANK» ASC-yə təqdim etməyən müştərilərin ödəniş əməliyyatlarının sənədləri təqdim edilmişdir. İş materiallarında olan **********1718 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" Firması 79222,16 ABŞ dolları məbləğində olan vəsait hesabına “eni 600 mm və ya daha çox olan laklanmış, boyanmış, qalvanik örtülmüş materialdan olan yastı prokat” yükünü Azərbaycan Respublikasına idxal etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən iki il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır (inzibati xəta haqqında protokol tərtib olunduğu zaman qüvvədə olan redaksiyada). Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazararına Nəzarət Palatasına təqdim edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 271, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li protokol üzrə icraata "xxxx" Firmasının əməllərində inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Azərbaycan Respublikası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li və xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li protokollara əsasən isə "xxxx" Firması Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxsin nümayəndələrinin müqavilə bağladıqları Rusiya Federasiyasının Kirov şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin rəhbərinin ölməsi ilə bağlı mövcud vəziyyətin yarandığı, "xxxx" Firmasının təqsiri olmaması ilə baölı göstərdiklərinə əsasən bildirir ki, "xxxx" Firmasının görüdüyü tədbirlər inzibati xəta hadisəsi baş verdikdən sonra başlanmışdır. Valyuta vəsaiti köçürüldükdən sonra keçən iki il müddətində hər hansı əməli tədbirlər görülməmişdir. Göstərilən dəlilləri məhkəmə "xxxx" Firmasının təqsiri olmadan mövcud vəziyyətin yaranması qənaətinə gəlməyə kifayət etmir. "xxxx" Firması inzibati xəta nəticəsində məruz qaldığı cərimələrlə bağlı da Rusiya Federasiyasının Kirov şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə qarşı mülki iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" Firması barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İş materiallarındakı məlumatlara əsasən "xxxx" Firması tərəfindən hər iki protokol üzrə inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin cəmi məbləği ******* Rusiya rublu təşkil edir. Ona görə də, "xxxx" Firmasına tənbeh bu nəzərə alınmaqla təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: AZ5004, ünvan 2 ünvanında yerləşən "xxxx" Firması (VÖEN **********) xx.xx.2023cü il tarixli, EP seriyalı, ******* №-li və xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li protokollarda göstərilən inzibati xətaların törədilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin, hər iki protokol üzrə inzibati xətanın obyekti olmuş valyuta vəsaitləri məbləğinin iyirmi faizi, yəni 658740,00 (altı yüz əlli səkkiz min yeddi yüz qırx) Rusiya rublu ((1469700,00 + 1824000,00) x 20%) məbləğində (ödəniş vaxtına olan Azərbaycan manatının məzənnəsi əzərə alınmaqla) cərimə edilsin. xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li protokol üzrə icraata "xxxx" Firmasının əməllərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1360/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1360/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver