Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1364/2024 14.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:15 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar ərazisində küçədə qonşusu X4 döyərək bədən xəsarəti yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis baş leytenantı X6 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:15 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar ərazisində küçədə qonşusu X4 döyərək bədən xəsarəti yetirmişdir. Şikayətlə bağlı Sumqayıt ŞPİ-nin 5-ci PB-də araşdırılma aparılmış, cinayət işinin başlanılması rədd edilmiş və əməli törədən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti xidmət sahəsinə həvalə edilmişdir. Qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, təxminən 1 il olar Elxanla aralarında münaqişə və mübahisələri olmuşdur, lakin qonşu olduqları üçün heç vaxt bu barədə PB-nə şikayət etməmişlər. Belə ki, həmin münaqişələrə səbəb Elxanın yaşadığı evin qarşısında küçəyə odun yığması ilə bağlı olmuşdur. Dəfələrlə atası İlqar və o, Elxandan küçəyə yığdığı odunları yığışdırması barədə xəbərdarlıq etməklərinə baxmayaraq Elxan odunları küçədən yığışdırmamışdır. Belə ki, Elxanın küçəyə yığdığı odunlar küçədə hərəkət edən maşınların hərəkətinə maneçilik törədir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə səhə saat 09:10 radələrində qardaşı İbrahim evdən çıxıb küçədə saxladığı avtomobili işə salıb mühərrikin qızmasını gözləmiş, özü isə həyətdə olmuşdur. Həmin vaxt küçədə qardaşının kiminləsə mübahisə etdıytini və həmin şəxsin qardaşının ünvanına nalayıq ifadələr işlətdiyini eşitmişdir. Evin həyətindən küçəyə çıxdıqda qardaşının qonşuluqda yaşayan Elxanla mübahisə etdiyinin şahıdı olmuşdur O, Elxana qardaşının və onların ünvanına nalayiq ifadələr ışlətməməsini və danışığına diqqət etməsini demiş, lakin Elxan onun sözlərinə məhəl qoymayaraq yenidən onlarıln ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Elxanın onları söyməsindən əsəbləşib Elxana yaxınlaşaraq yaxasınından tutaraq itələmiş, lakin onu vurmamışdır. Sonra isə qardaşı avtomobilin yanından onlara yaxınlaşaraq onları ayırmaq istədikdə Elxan yerdən qalxaraq yumruqla qardaşı İbrahimin sifət nahiyyəsinə vurmuş, həmin zərbə qardaşının burun nahiyyəsinə dəyərək xəsarət yetirmiş, nəticədə burnu qanamağa başlamışdır. Daha sonra isə atası İlqar həyətdən küçəyə çıxmış və onları sakitləşdirmişdir. Sonra isə Elxan həmin yerdən uzaqlaşıb getmişdir. Qardaşı İbrahim isə baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və aldığı xəsarətlə bağlı Sumqayıt şəhər TTYX-na müraciət etmiş, həkimlər tibbi yardım göstərmişlər. Əməlindən peşman olamsını və himayəsində 01 (bir) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, təxminən 1 il olar həmin şəxslərlə aralarında münaqişə və mübahisələri olmuşdur. Lakin qonşu olduqları üçün heç vaxt PB-nə şikayət etməmişdir. Belə ki, həmin münaqişələrə səbəb onun yaşadığı evin darvazasının ağzında küçəyə odun yığmağı və həmçinin həmin şəxsləin idarə etdikləri avtomobili küçəyə odun yığmağına inad olaraq küçədə yolun hərəkət hissəsində saxlamaları ilə bağlı olmuşdur. Sonuncu dəfə 26 04.2024-cü il tarixdə saat 09:10 radələrində yaşadığı evdən çıxıb bərbərxanaya saçını düzəldirmək üçün gedən zaman küçədə qonşuluqda yaşayan İbrahimi görmüş və yanından keçib bir qədər uzaqlaşmış, təxminən 10-15 metr uzaqlaşdıqdn onra İbrahim ona yaxınlaşaraq küçəyə darvazanın ağzına yığdığı odunları yığışdırmağını demişdir. O, odunları küçəyə yığmağına səbəb həmin şəxslərin küçədə avtomobillərini yolun ortasında saxlamaları ilə bağlı olduğunu demişdir. Sonra İbrahim ondan aralaşıb avtomobilinə tərəf getmiş, daha sonra Pərvin evlərinin həyətindən çıxıb qardaşı İbrahimə tərəf getmiş, o, isə yoluna davam etdikdə Pərvin onu çağırıb guya ünvanına nalayıq ifadələr işlətdiyini bildirib ona tərəf qaçaraq yanına çatmış və sinəsindən əli ilə itələmiş, o, əlilliyi ilə bağlı arxası üstə yerə yıxılmış, sol qolunun dirsək hisəsi və kürək nahiyyəsı yerə dəyməsi nəticəsində xəsarət almışdır. Həmin vaxt İbrahim də onların yanına gəlmiş və İbrahim də onun yerə yıxılı vəziyyətdə olmağından istifadə edib sifətinə təpik atmış, lakin o, əlini sifətinə tutmuş, təpik onun sifət nahiyyəsinə dəyməmiş, həmin vaxt İbrahimin atdığı təpik onun sağ qolunun dirsək hissəsinə dəymiş və qolundan xəsarət almışdır. Sonradan Pərvin və İbrahimin ataları İlqar evdən çıxaraq oğlanlarını sakitləşdirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 673 saylı ekspert rəyindən müəyyən olunur ki, X2 bədəni üzərində hər iki bazu oynağının, sol bazunun qançırı, hər iki dirsəyin sıyrıqları xəsarəti vardır. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdır, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir gün əvvələ qədər olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarından olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surəti tədbir görülməsi üçün aidiyyatı xidmət sahəsinə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları, proses iştirakçılarının izahatlarını, vəkilin çıxışını dinləyib araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı və iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X5 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1364/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1364/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver