Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1365/2024 14.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Rəşad Cəfərovun, Zərərçəkmiş şəxs – X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:15 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisində küçəsə qonşusu X2 döyərək onun sağlamlığına dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Rəşad Cəfərov izahatında göstərdi ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyatı xidmət sahəsinə göndərilmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:15 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisində küçəsə qonşusu X2 döyərək onun sağlamlığına dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Buna görə də təhqiqat qərarı əsasında qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, yuxarıda qeyd olunan ünvanda 2020-cu il tarixdən yaşayır. İbrahim, Pərvin və İlqar mənim qonşularıdır. Onlar onunla qonşuluqda 2 ildir ki, yaşayırlar. Təxminən 1 il olar ki, onlarla aralarında münaqişə və mübahisələri olmuşdur. Lakin qonşu olduqları üçün heç vaxt PB-nə şikayət etməmişdir. Belə ki, həmin münaqişələrə səbəb onun yaşadığı evin darvazasının ağzında küçəyə odun yığmağı və həmçinin onların idarə etdikləri avtomobili onun küçəyə odun yığmağına inad olaraq küçədə yolun hərəkət hissəsində saxlamaları ilə bağlı olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 09:10 radələrində yaşadığı evdən çıxıb bərbərxanaya saçını düzəltdirmək üçün gedən zaman küçədə qonşuluqda yaşayan İbrahimi görmüş və yanından keçib bir qədər uzaqlaşmışdır. Təxminən 10-15 metr uzaqlaşmışdır ki, İbrahim ona gəlib yaxınlaşaraq küçəyə darvazasının ağzına yığdığı odunları yığışdırmağını bildirmişdir. O odunları küçəyə yığmağına səbəb onların küçədə avtomobillərini yolun ortasında saxlamaları ilə bağlı olduğunu demişdir. Sonra İbrahim ondan aralaşıb avtomobilinə tərəf getmişdir. Daha sonra Pərvin evlərinin həyətindən çıxıb qardaşı İbrahimə tərəf getmiş, o isə öz yoluna davam etdikdə Pərvin onun arxasınca onu çağırıb guya onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirib ona tərəf qaçaraq yanına çatmış və sinəsindən əli ilə itələmiş, o əlilliyi ilə bağlı arxası üstə yerə yıxılmış və sol qolunun dirsək hissəsi və kürək nahiyyəsinin yerə dəyməsi nəticəsində xəsarət almışdır. Həmin vaxt İbrahim də onların yanına gəlmiş və o da onun yerə yıxılı vəziyyətdə olmağından istifadə edib sifətinə təpik atmış, lakin o əlini sifətinə tutmuşdur ki, təpik onun sifət nahiyyəsinə dəyməsin. Həmin vaxt İbrahimin atdığı təpik onun sağ qolunun dirsək hissəsinə dəymiş və qolundan xəsarət almışdır. Sonradan onların ataları İlqar evdən çıxaraq oğlanlarını sakitləşdirmişdir. O onların heç birinə əl qaldırmamışdır. İ Qarabağ Müharibəsi iştirakçısıdır, İİ qrup əlildir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, yuxarıda qeyd edilən ünvanda 2019-cu il tarixdən yaşayır. Elxan onlarla yaxın qonşuluqda yaşayır. Təxminən 1 il olar ki, onunla aralarında münaqişə və mübahisələri olmuşdur. Lakin qonşu olduqları üçün heç vaxt bu barədə PB-nə şikayət etməmişlər. Belə ki, həmin münaqişələrə səbəb Elxanın yaşadığı evin qarşısında küçəyə odun yığması ilə bağlı olmuşdur. Dəfələrlə atası İlqar və o Elxandan küçəyə yığdığı odunları yığışdırması barədə xəbərdarlıq etmələrinə baxmayaraq o odunları küçədən yığışdırmamışdır. Belə ki, Elxanın küçəyə yığdığı odunlar küçədə hərəkət edən maşınların hərəkətinə maneçilik törədir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 09:10 radələrində yaşadığı evdən çıxıb küçədə saxladığı avtomobili işə salıb mühərrikin qızmasını gözləyirmiş. Həmin vaxt onlarla qonşuluqda yaşayan Elxan da küçə ilə yanından hərəkət edən zaman onunla salamlaşmış və ona küçəyə yığdığı odunları yığışdırmasını xahiş etmişdir. Həmçinin yığışdıra bilməyəcəyi təqdirdə onun ona kömək edə biləcəyini ona demişdir. Lakin Elxan həmin vaxt onunla kobud danışaraq odunları yığışdırmayacağını və onların həmin küçədə avtomobil saxlamamaqlarını bildirmişdir. O isə onun kobud danışmamasını və həmçinin yüksək səslə danışmamasını bildirmişdir. O isə ona siz insan deyilsiz ona görə də yüksək səslə danışıram ifadəsini işlətmişdir. Həmin vaxt qardaşı Pərviz yaşadıqları evin həyətindən küçəyə çıxaraq Elxana onları təhqir etdiyi üçün ona heyvan sənsən ifadələrini işlətmişdir. Həmin vaxt qardaşı Pərvizlə Elxanın arasında söz mübahisəsi yaranmış, mübahisə zamanı qardaşı Elxanın yaxasından tutaraq onu itələmişdir. O onları aralaşdırmaq istəyən zaman Elxan onun sifətinə yumruqla vurmuş, yumruq zərbəsi onun burnuna dəyərək zərbənin təsirindən burnundan qan açılmışdır. Sonra atası İlqar yaşadıqları evin həyətindən küçəyə çıxaraq onları sakitləşdirmişdir. O baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və aldığı xəsarətlə bağlı Sumqayıt TTYX-na müraciət etmişdir. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra evə getmiş və müalicəsini ev şəraitində davam etdirir. Məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirdi ki, Elxan onlarla yaxın qonşuluqda yaşayır. Təxminən 1 il olar ki, onunla aralarında münaqişə və mübahisələri olmuşdur, lakin qonşu olduqları üçün heç vaxt bu barədə PB-nə şikayət etməmişlər. Belə ki, həmin münaqişələrə səbəb Elxanın yaşadığı evin qarşısında küçəyə odun yığması ilə bağlı olmuşdur. Dəfələrlə atası İlqar və o Elxandan küçəyə yığdığı odunları yığışdırması barədə xəbərdarlıq etməklərinə baxmayaraq o odunları küçədən yığmamışdır. Belə ki, Elxanın küçəyə yığdığı odunlar küçədə hərəkət edən maşınların hərəkətinə maneçilik törədir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə səhər saat 09:10 radələrində qardaşı İbrahim evdən çıxıb küçədə saxladığı avtomobili işə salıb mühərrikin qızmasını gözləyirmiş, o isə həyətdə imiş. Həmin küçədə qardaşının kiminləsə mübahisə etdiyini və həmin şəxsin qardaşının ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. O evin həyətindən küçəyə çıxdıqda qardaşının onlarla qonşuluqda yaşayan Elxanla mübahisə etdiyinin şahidi olmuşdur. O Elxandan qardaşının və onların ünvanına nalayiq ifadələr işlətməməsini və danışığına diqqət etməsini bildirmişdir. Lakin Elxan onun sözlərinə məhəl qoymayaraq yenidən onların ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O da onun onları söyməsinə əsəbiləşib ona yaxınlaşaraq yaxasından tutaraq itələmişdir. Həmin vaxt Elxan müvazinətini itirərək yerə yıxılmışdır. Sonra isə qardaşı avtomobilin yanından onlara yaxınlaşaraq onları ayırmaq istədikdə Elxan yerdən qalxaraq yumruqla qardaşı İbrahimin sifət nahiyyəsinə vurmuş, həmin zərbə qardaşının burun nahiyyəsinə dəyərək xəsarət yetirdi, nəticədə burnu qanamağa başladı. Daha sonra isə atası İlqar həyətdən küçəyə çıxmış və onları sakitləşdirmişdir. Sonra isə Elxan həmin yerdən uzaqlaşıb getmişdir. Qardaşı İbrahim isə baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və aldığı xəsarətlə bağlı Sumqayıt şəhər TTYX-na müraciət etmiş, həkimlər tibbi yardım göstərdikdən sonra öz evlərinə qayıtmışlar. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyatı xidmət sahəsinə göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmə-tibbi ekspertizasının 677 saylı, xx.xx.2024cü il tarixli rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:burnun qançırı, burun nahiyyəsinin yumşaq toxumalarının əziyi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 həftə qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə barəsində inzibati protokol tərtib edilmiş şəxsin məhkəmədə verdiyi inkaredici izahatını özünümüdafiə kimi qiymətləndirir və hesab edir ki, Şəxs əməli məhkəmədə araşdırılan hallarla sübuta yetirilir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, təqsirinin dərəcəsini, törədilmə şəraitini, yaşını, müharibə iştirakçısı olmasını, əvvəllər məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hadisə zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində baş vermişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300,00 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1365/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1365/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver