Məhkəmə qərarları › İş №3(060)-1369/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1369/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1369/2025 30.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Mürsəlov Rəşad Nizami oğlunun iştirakı ilə Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 25922438 saylı qərardan X3 Nizami oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Nizami oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilən EQ 25922438 saylı, xx.xx.2025-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan 20 manat məbləğində cərimə olunduğu qərarın ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmişdir. Mürsəlov Rəşad Nizami oğlu ərizəsini onunla əsaslandırmışdır ki, EQ 25922438 saylı, xx.xx.2025-ci il tarixili qərarla 346.1-ci maddə nəzərə alınaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsi rəhbər tutularaq 20 AZN məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, Sumqayıt şəhəri, 13-cü mkr., GPS: 405684511,49.6927332 ərazisində dayanma durma nişanının təsir dairəsi yol ayırıcından əvvələ aid olduğu halda onun avtomobili park etdiyi, yəni nişanın təsir dairəsində olmayan ərazidə yol patrul xidmətinin əməkdaşı avtomobilini xüsusi texniki vasitə ilə çəkib onun adına cərimə tətbiq etmişdir. Onun bu barədə DİN-nin 102 xidmətinə və Baş X5 İdarəsinə dəfələrlə müraciəti olmuşdur. Lakin onlar onun işini Sumqayıt şəhər Yol Polis İdarəsinə yönləndirmişlər və ona qərar barədə məhkəməyə müraciət etməsini izah etmişlər. (12.05.202-ci il) Bütün bunları nəzərə alaraq barəsində tərtib edilən EQ 25922438 saylı, xx.xx.2025-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan 20 manat məbləğində cərimə olunduğu qərarın ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Mürsəlov Rəşad Nizami oğlu şikayət ərizəsini müdafiə edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 25922438 saylı qərara əsasən Mürsəlov Rəşad Nizami oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 25922438 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 346.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir.” Qərardan şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən və videogörüntülərdən görünür ki, şikayətçinin avtomobilini saxladığını ərazidə dayanma və durmanı qadağan edən hər hansı nişan və ya işarə mövcud deyildir. Dayanma və durmanı qadağan edən nişan yalnız yolayırıcını keçdikdən sonra mövcuddur. Buna görə də inzibati xətanın qeydə alındığı zaman Hyundai Elantra minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin nişanın təsiri altına düşməsini və qeyd olunan nəqliyyat vasitəsi tərəfindən həqiqətən də yol hərəkət qaydasının pozulubpozulmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Mürsəlov Rəşad Nizami oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25922438 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Mürsəlov Rəşad Nizami oğlunun şikayəti qismən təmin edilsin. Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 25922438 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar