Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1375/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəh., 52-ci məhəllə, ev 100 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi DYP Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsi DYP Şöbəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında 03 may 2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, baxılması üçün xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. Protokola görə sürücü Şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon, M.Əsədov küçəsi ilə hərəkətdə olan zaman işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış, müayinə zaman spirtli içki qəbul etməsi faktı aşkarlanmışdır. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 03 may 2023-cü il tarixdə dostu içkili olduğu üçün ondan dostuna məxsus avtomobili idarə etməsini xahiş etmişdir. O, bununla razı olmuş **-FU-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” minik markalı avtomobil ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon, M.Əsədov küçəsi ilə hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onun içkili olub-olmadığını yoxlamaq üçün alkotesterdən keçməsini bildirmişlər. O, heç bir etiraz etmədən alkotester vasitəsilə yoxlanılmışdır. Polis əməkdaşı təxminən 3-4 dəfə onu alkotesterdən keçirmiş, hər dəfə alkotesterin ekranında 0.4%, 0.6%, 0.3% olmaqla müxtəlif promillər əks olunmuşdur. Bu səbəbdən polis əməkdaşı ona spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etməsini söyləmiş, lakin o, buna etiraz etmiş, spirtli içki qəbul etmədiyini bildirmişdir. Bundan sonra onu Sumqayıt şəhər Narkoloji Dispanserə aparmışlar. Dispanserdə yenidən yoxlanılmış alkoqol sərxoşluğu halında, yəni onun 0.372% promildə sərxoşluq vəziyyətində olduğu müəyyən edilmiş, bu barədə rəy verilmişdir. O, bundan sonra çox əsəbiləşmiş, polis əməkdaşı tərəfindən yoxlanılan zaman spirtli içkinin miqdarının 0.6% promil göstərildiyini, təxminən 10 dəqiqə sonra həkim müayinəsi zamanı isə spirtli içkinin miqdarının hansı səbəbdən 0.372% promil olmasını bildirmişdir. Polis əməkdaşı cavab olaraq hər bir saatdan bir insan bədənində spirtli içkinin dərəcəsinin 0.1 promil aşağı düşdüyünü, bu səbəbdən fərqli nəticələr əldə olunduğunu bildirmişlər. O, isə hər iki yoxlamanın arasında müddətin təxminən 10 dəqiqə olmasını söyləyib, qəbul edilmiş nəticələrə etiraz etmişdir. O, nə polis əməkdaşının alkotester müayinəsi, nə də Sumqayıt Şəhər Narkoloji Dispanserdə aparılan müayinə ilə razılaşmadığı üçün birbaşa olaraq Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzə getmiş, orada yenidən müayinədən keçmiş və alkoqol sərxoşluğunda olmadığı müəyyən edilmişdir. Bildirir ki, o, həmin gün heç bir spirtli içki qəbul etməmiş, sadəcə ağrıları olduğu üçün çoxlu dərmanlar qəbul etmişdir. Belə ki, o, həm 2016-cı il Aprel döyüşlərində həm də 2020-ci il sentyabr ayının 27-si tarixndə başlayan Vətən müharibəsində iştirak etmişdir. O, Laçın, Şuşa və Qubadlı rayonu uğrundan gedən döyüşlərdə iştirak etmiş, sonuncu dəfə Qubadlı rayonunda gedən döyüşlərdə baş və çiynindən qəlpə yarası almış, qulaq pərdəsi yırtılmışdır. Bu yaxınlarda əlillik dərəcəsi alacaqdır, hazırda isə vətən müharibəsi iştirakçısı olduğu üçün 80 manat pensiya alır. Hadisə zamanı polis əməkdaşları ilə mübahisə etdiyi üçün peşmandır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi DYP Şöbəsinin 03 may 2023-cü il tarixli, İXP ******* saylı protokolu ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs “Vətən Müharibəsi iştirakçılarına” təyin edilmiş 80.0 manat pensiya alır. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi Hərbi Poliklinikasının 02 may 2023cü il tarixli, 4747 saylı “xəstəlik haqqında şəhadətnamədən” görünür ki, Şəxs İİ Qarabağ müharibəsi zamanı "kəllə-beyin travması” almışdır. İş materiallarında olan alkotester vasitəsilə müayinənin keçirilməsini təsdiq edən sənəddən görünür ki, 03 may 2023-cü il tarixdə, 00:15-da müayinə aparılmış, alkoqol tərkibi 0.426 % olmuşdur. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 03 may 2023-cü il tarixli, 2854 nömrəli aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:30da müayinə olunmuş və onun alkoqol sərxoşluğu 0.372% promil aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinəyə” dair xx.xx.2023-cü il tarixli, 1/1497 saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 03:25 dəqiqədə müayinə edilmiş, nəticədə onda sərxoşluq halı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə yaranır. Həmin maddənin qeyd hissəsinin 1-ci bəndinə əsasən isə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göründüyü kimi polis əməkdaşı tərəfindən 03 may 2023-cü il tarixdə saat 00:16-da Şəxs sərxoşluq dərəcəsi yoxlanılmış, 0.426% promil olması aşkar edilmişdir. Bundan təxminən 14 dəqiqə sonra Sumqayıt şəhər Narkoloji Dispanser mərkəzində sərxoşluq dərəcəsi yenidən yoxlanılmış, bu zaman isə 0.372 % promil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi barədə məhkəməyə dəqiq, qərəzsiz və mötəbər heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi ilə bağlı ittihamın əsasını təşkil edən alkotester nəticəsi və “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 03 may 2023-cü il tarixli, 2854 nömrəli akt arasında ziddiyətin olması, Şəxs əsl həqiqətdə nəqliyyat vasitəsini sərxoş vəziyətdə idarə edib-etməməsini şübhə altına salır. Belə ki, təxminən 14 dəqiqə fasilə ilə Şəxs alkoqol sərxoşluq dərəcəsinin 0.054 % azalması inandırıcı deyildir. Bundan başqa iş materiallarına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinəyə” dair xx.xx.2023-cü il tarixli, 1/1497 saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 03:25 dəqiqədə müayinə edilmiş, nəticədə onda sərxoşluq halı aşkar edilməmişdir. Belə olan halda yaranmış ziddiyyət barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xeyrinə həll olunmalıdır. Məhkəmə Şəxs şəxsiyyətini yəni Azərbaycan Respbulikasının ərazi bötövlüyünün bərpa edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında, “Vətən Müharibəsində” iştirakını, yaralanmasını nəzərə alaraq bu halları yüksək mənəvi keyfiyyət kimi qiymətləndirir, onun məhkəmə iclasında verdiyi izahatını səmimi olaraq qəbul edir və hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1375/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1375/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver