Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1376/2024 12.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi AR ƏƏSMN yanında X7 Xidmətinin hüquq idarəsinin baş məsləhətçisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi AR ƏƏSMN yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən "xxxx" MMC-nin sahə rəisi Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəh., H.Z.Tağıyev qəs., Hərbi Hava Qüvvələrinə məxsus sahədə iş zamanı sahə rəisinin “Vəzifə təlimatının vəzifə öhdəlikləri bölməsinin 4, 5 və 8-ci bəndlərinin pozulması nəticəsində fəhlə X1 Az Ağır zərər yetirilmişdir. Məhkəmə iclasında X7 Xidmətinin hüquq idarəsinin baş məsləhətçisi X6 protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Elçin Əliyev məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ilin yanvar ayının 13-də inzibati xətalar qanunvericiliyində müddətlərlə bağlı dəyişikliklə edilmişdir. Bildirir ki, əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı inzibati xətalar üzrə məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın törədildiyi gündən bir il keçənədək verildiyi üçün hesab edir ki, hazırkı iş üzrə məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Əlavə olaraq bildirir ki, ekspert rəyi onlarda mövcud olmamış, bununla bağlı Sumqayıt şəhər prokurorluğuna sorğu verilmiş, bundan sonra ekspert rəyi Xidmətin ünvanına göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, "xxxx" MMC-nin sahə rəisi vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixdə işə gəlmiş, bütün işçiləri təlimatlandırdıqdan sonra işçilərin işə başladıqlarını, təqribən saat 10:00-da güclü küləyin başlaması ilə əlaqədar açıq ərazidəki işin dayandırılması və işçilərə qapalı ərazilərdə təmizlik işləri ilə məşğul olmaları barədə təlimat vermişdir. Bundan sonra saat 11:00 radələrində anbara membran gəldiyindən, o, briqadir Emin Həsənova tapşırıq vermişdir ki, sonuncu işçilərə malı boşaltmalarını bildirsin. Vaqif Əhmədov və digər işçilər işə başlamış, təqribən saat 11:45 radələrində yük maşınının arxa qapısının güclü küləyin təsirindən açılaraq Vaqif Əhmədova dəymişdir. Hadisə baş verən zaman ərazidə olmamış, məlumat aldıqdan sonra hadisə yerinə gələrək hadisə barədə Vaqifin özündən məlumat almışdır. Bundan sonra Vaqifin çiynində ağrı olmuş, yoxlanmaq üçün Sətəm mühəndisi Sunay Vəliyevlə birlikdə xəstəxanaya getmiş, müayinə zamanı Vaqifin ciddi zədəsi olmadığını aşkar edilmişdir. Qeyd olunanların nəzərə alınmasını, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/3-2-64/2024 nömrəli əmri ilə təyin edilmiş tərkibində sədr X8, Archico” MMC-nin İnsan resursları şöbəsinin rəhbəri X4 və Archico” MMC-nin Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə direktor müavini Elxan Tağıyevdən ibarət komissiya yaradılmış, komissiya həmin bədbəxt hadisənin təhqiqatını aparmış və bu barədə akt tərtib etmişlər. “AR SH MTE VƏ PAB” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 20 saylı tibbi sənəd əsasında verilmiş rəydən görünür ki, Vaqif Əhmədov xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər TTYX-na müraciət edərkən onun bədəni üzərində aşağıdakı xəsarət olmuşdur: sağ körpücük-akrominal bağın qopuğu. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubunda X7 Xidmətindən şəhər prokurorluğuna "xxxx" MMC-nin işçisi Vaqif Əhmədovun xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə bağlı daxil olmuş məlumat əsasında məhkəmə tibbi ekspertizası təyin olunaraq rəy alındığı, iş üzrə hər hansı prosessual qərar qəbul olunmadığı qeyd olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Söhrab İbrahimov barəsində İXM-nin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, Sumqayıt şəhər prokurorluğu tərəfindən heç bir prosessual qərar qəbul edilmədiyindən hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38.1-ci maddəsinin İ hissəsinə uyğun tənzimlənməlidir. Məhkəmə iclasında X7 Xidmətinin nümayəndəsi Elçin Əliyev əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı inzibati xətalar üzrə məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın törədildiyi gündən bir illik müddət müəyyən edildiyindən hazırkı iş üzrə məsuliyyətə cəlb etmə müddəti keçməməsini qeyd etsə də, məhkəmə bu hissədə bildirir ki, sonuncunun izahatında qeyd etdiyi məsələ İXM-nin 192.1-ci maddəsinin (Əmək qanunvericiliyinin pozulması) tələblərinə aiddir, hazırda isə Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqınd porotokol tərtib edilmişdir. Həmin protokol üzrə bədbaxt hadisə 17 oktyabr 2023-cü il tarixdə törədildiyindən və həmin müddətdən 4 ay keçdiyinə görə iş üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə görə xitam verilməlidir. İXM-də inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi bir qayda olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsini tələb edir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3-cü maddələri). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərar). Beləliklə inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. X5 Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2023-cü il tarixli qərar) Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 38, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1376/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1376/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver