Məhkəmə qərarları › İş №3(060)-1377/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1377/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1377/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının İXM-nin 342.2.4-cü maddəsinə əsasən Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İXM-nin 342.2.4-cü maddəsinə əsasən Sumqayıt şəhər DYPŞ- Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X3 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Opel Astra” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan prospekti ilə Bakı küçəsi kəsişməsində hərəkətdə olan zaman Sumqayıt şəhəri YPX inspektoru onu saxlayaraq yol hərəkəti ilə bağlı qanunu pozduğunu bildirmiş, bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.4-cü maddəsinə əsasən İXP ******* saylı protokol tərib edilmişdir. Bu zaman o protokolla razılaşmadığını polis əməkdaşına bildirmişdir. Həmin zaman yay fəslinin olması ilə əlaqədar may ayının 15-i tarixindən noyabr ayının 15-İ tarixinədək avtomobilin arxa yan şüşələrinə plyonka və pərdələrdən istifadə olunmasına icazə verilmişdir. xx.xx.2022-ci il tarixdə **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirən zaman avtomobilə baxış keçirən inspektor istifadə etdiyi pərdələrlə bağlı ona heç bir irad bildirməmiş, avtomobilin texniki vəziyyəti saz olduğu və heç bir əlavə aksesuar olmadığı üçün onun avtomobilini texniki baxışdan keçirmişdir. O, bununla bağlı YPX inspektoruna bildirmiş və heç bir qayda pozuntusuna yol vermədiyini bildirmişdir. Bu səbəbdən də o, həmin qərarla razılaşmır və onu əsassız hesab edir. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati xəta haqqında protokolun ləğv edilməsini və işə xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından və X2 izahatından göründüyü kimi, Rəşad Səbziyev nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsini etiraf edərək həmin hissəni mübahisələndirmir, sadəcə kustar üsulla hazırlanmış örtüyün (pərdə) çəkilməsinə qadağanın olmadığını bildirərək, inzibati tənbeh haqqında tədbirin ləğv edilməsini xahiş edir. “X7” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilmişdir. Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS ***-**** saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır: Küləyə qarşı şüşələr üçün - 75 % Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 % Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır. “X7” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir. (https://www.dyp.gov.az) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ- Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X2 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X3 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Sumqayıt şəhər DYPŞ- Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş TP 5039615saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunmasın. Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar