Məhkəmə qərarları › İş №3(060)-1379/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1379/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1379/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vegi xidmətinin 2 saylı Ərazi vergilər baş idarəsinin X4 barəsində qəbul etdiyi 29 iyul 2021-ci il tarixli, **********0064 saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vegi xidmətinin 2 saylı Ərazi vergilər baş idarəsinin qəbul etdiyi 29 iyul 2021-ci il tarixli, **********0064 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayətçi tərəfindən məhkəmə aidiyyəti pozulmaqla Sumqayıt Şəhər Məhkəməsinə şikayət verildiyindən şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, X2 mübahisələndirdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vegi xidmətinin 2 saylı Ərazi vergilər baş idarəsinin qəbul etdiyi 29 iyul 2021-ci il tarixli, **********0064 saylı qərarı inzibati aktdır, həmçinin qərarı qəbul edən orqan da inzibati orqandır. İnzibati orqanların qəbul etdiyi inzibati aktların mübahisələndirilməsi isə İnzibati məhkəmələrin səlahiyyətindədir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vegi xidmətinin 2 saylı Ərazi vergilər baş idarəsinin X4 barəsində qəbul etdiyi 29 iyul 2021-ci il tarixli, **********0064 saylı qərarının ləğv edilməsinə dair X2 şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. X3 izah olunsun ki, aidiyyət qaydalarına riayət etməklə müvafiq İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar