Məhkəmə qərarları › İş №3(060)-1381/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1381/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1381/2022 27.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin 29 iyul 2021-ci il tarixli qərarından məhkəməyə verdiyi şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinə X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin 29 iyul 2021-ci il tarixli qərarından X2 verdiyi şikayət daxil olmuşdur. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 27 may 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, X2 mübahisələndirdiyi qərar inzibati xəta haqqında qərar olmadığı üçün həmin qərarla bağlı məsələlərə Sumqayıt Şəhər Məhkəməsində baxıla bilməz və materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin 29 iyul 2021-ci il tarixli qərarı inzibati xəta haqqında qərar yox, inzibati orqanın qəbul etdiyi inzibati aktdır. Bu baxımdan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin 29 iyul 2021-ci il tarixli qərarından X2 verdiyi şikayət icraata götürülüb ümumi məhkəmədə baxıla bilməz. X4 Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin tələblərinə əməl etməklə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməlidir. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin 29 iyul 2021-ci il tarixli qərarından X2 verdiyi şikayət icraata qəbul edilməyərək geri qaytarılmalıdır. X1 izah edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 118, 132-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin 29 iyul 2021-ci il tarixli qərarından verdiyi şikayət və bununla bağlı materiallar X3 geri qaytarılsın. X3 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar