Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1387/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inizibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin DYPŞdən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt ŞPİ-nin DYPŞ YPX inpektoru, polis leytenantı X1 tərəfindən xx.xx.2023cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxi olmuşdur. Məhkəmə iclasında barəsində inizibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə YPX əməkdaşları tərəfindən saxlanılmış, müayinədən keçirilmək üçün Sumqayıt RND-nə aparılmış, sidik analizi vermiş və onun 02 (iki) ay əvvəl marixuana qəbul etməsi faktı aşkarlanmışdır. Lakin bildirmək istəyir ki, o, marixuana qəbul etmir. O, uzun müddətdir dəri xəstəliyindən əziyyət çəkir, X2 qeydiyyatdadır, dərmanlar qəbul edir və Tehran klinikasında müalicə alır. Müayinə eləyən həkimə onun marixiananın təsiri altında olması barədə sual verdikdə həkim ona marixuananın təsiri altında olmadığını olmadığını, normal olduğunu, lakin 02 (iki) ay bunnan qabaq marixuana qəbul etdiyini bildirmişdir. Dəri xəstəliyindən əziyyət çəkdiyini və marixuana qəbul etmədiyini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilməsi barədə 2407 nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs şübhəli olduğuna görə tibbi müayinəyə göndərilmişdir. İş materiallarında olan 2407 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:45 radələrində müayinədən keçirilmiş və onda marixuana qəbul etməsi faktı aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, iş materiallarından müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə YPX əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə tibbi müayinədən keçirilmək üçün Sumqayıt RND-nə aparılmış, lakin sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokol isə xx.xx.2023-cü il tarixi ilə tərtib olunmuşdur. Protokol və digər sənədlər düzgün tərtib olunmadığına görə təqdim edilmiş materiallar natamamdır. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2023cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin DYPŞ-nə geri qaytarılsın. Sumqayıt ŞPİ-nin DYPŞ-nə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1387/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1387/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver